Icma.az
close
up
RU
Kənan MM: Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz!

Kənan MM: Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz!

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gündür ki, sosial şəbəkədə bir qrup tanınmış rejissorlar tərəfindən İctimai Televiziyanın rəhbərliyi Balaş Qasımova qarşı açıq və sərt tənqidlər sezilir. 

Səbəb isə rejissorların təqdim etdiklərin layihələrin qəbul olunmaması, onlara vəsait ayrılmaması kimi məsələlərdir. 

Bu barədə rejissor Cavanşir Hadiyev də bildirib:

“Bir neçə il əvvəl İctimai Televiziyaya hazır bir layihə təqdim etmişdim — 12 seriyalı bədii televiziya filminin ilk seriyasını. İlk seriyasına 18000 manat şəxsi vəsait xərclənmişdi. Təvazökarlıqdan kənar olsa da, etiraf etməliyəm: bu, kifayət qədər uğurlu, estetik baxımdan zəngin, milli dəyərləri daşıyan bir iş idi.

Layihədə xalq artistləri Xalidə Quliyeva, Şamil Süleymanov, əməkdar artistlər Mələk Abaszadə, Abbas Qəhrəmanov, Zemfira Abdulsəmədova, mən özüm və digər, müxtəlif teatrların tanınmış aktyorları yer almışdı. Güclü aktyor heyəti, peşəkar yanaşma və yaradıcı enerjiylə ortaya çıxan bu layihə, iki il boyunca İTV-də məsul şəxslərin saymazlığı və sonsuz bəhanələri üzündən dərin sükuta qərq oldu. O qədər gözlədik, o qədər süründük ki, axırda bu işə tüpürüb çəkildim. Üç il keçdi. Bəzi sənət dostları yenidən cəhd etməyi tövsiyə etdilər. Layihəni yenidən İTV-yə təqdim etdim — bu dəfə başqa bir şəxsin vasitəsilə. Təəssüf ki, faciə təkrarlandı. Eyni saymazlıq, eyni susqunluq, eyni bəhanələr. Yenə yaradıcı insanlar incidildi, ruhdan salındı, həvəsləri qırıldı. Bir nəfər acı və kədərli bir zarafatla belə dedi mənə: “Yalçın və Tural İTV-nin dəmir qapısını bağlayıb, paslı qıfılın açarını da itiriblər. Özünü yorma, o qapı açılmayacaq.” O qapının arxasında isə yalnız mən yoxam. Orada ürəyi ilə yaradan sənət adamları, milli dəyərləri yaşatmaq istəyən rejissorlar, aktyorlar və ssenarilər gözləyir. Bəzən bir yaradıcı insana “yox” demək, onun illərlə qurduğu arzuların üstündən xətt çəkmək deməkdir. Ədalət yalnız məhkəmə divarları arasında axtarılmamalıdır. Ən çox da sənətdə — çünki sənət xalqın ruhudur. O ruhu boğmaq, bir millətin nəfəsini kəsmək kimidir. Balaş Qasımovla heç bir tanışlığım yoxdur. Hətta salamım belə. Amma nə vaxtsa onu görsəydim kadrları ilə bağlı bir neçə tövsiyələrim olardı ona”.

Rejissorların etirazı isə Kənan Mahmudovun(MM) tənqidindən sonra gəlib.

O, bu barədə deyib:

“Balaş, ora sənin şəxsi kanalın deyil ki, ürəyin istədiyin rejissoru içəri buraxıb ancaq onunla işləyəsən. Ora dövlətindir və biz də dövlətin rejissorlarıyıq. Bu ayrı-seçkilik canımızı boğazımıza yığıb. İndi sən kanalda rəhbərsən deyə qorxmalıyam? Ağlın ətrafındakı iki qat əyilənlərə getməsin, sənin borcundur ki, hamını qəbul edəsən. Bütün yaradıcı insanların əsəblərini pozmusan. İki il məni barmağınıza dolanıdınız. Bunun hesabını sən, səni hamıdan gizlədən Yalçın və bir şey olan kimi Balaşlıqdı deyən Tural-üçünüz də verəcəksiniz. Həyatımdan iki il almısınız. Məni susdurmaq istəyirsinizsə, ancaq öldürə bilərsiniz, vəssalam”.

Qeyd edək ki, məəsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri