Icma.az
close
up
RU
Kənd təsərrüfatı naziri Tərtər və Bərdədə intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub

Kənd təsərrüfatı naziri Tərtər və Bərdədə intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 aprel, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər və Bərdə rayonlarında yerləşən intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir əvvəlcə bağçılıq və əkinçiliklə məşğul olan “Aqropat” MMC-nin Tərtər rayonunun Kəngərli kəndi və Suqovuşan qəsəbəsində yerləşən təsərrüfatlarına baş çəkib.

Şirkət 236 hektar sahədə intensiv bağçılıqla məşğul olur. Əsas məqsəd yüksək keyfiyyətli gilas, şaftalı, nektarin, ərik və xurma istehsalı və istehsal olunmuş məhsulları həm daxili, həm də xarici bazarlara ixrac etməkdir. 2021-ci ildən etibarən şirkət ixrac fəaliyyətində ciddi irəliləyişə nail olub. Belə ki, istehsal olunmuş məhsulların böyük hissəsi Rusiya və digər MDB ölkələrinə ixrac edilib. Hazırda məhsulların Avropa və Yaxın Şərq bazarlarına ixracı istiqamətində aktiv iş aparılır.

Nazir Məcnun Məmmədov günəbaxan yağı və tum istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Müəssisələrdə keçirilmiş görüşlərdə keyfiyyətli məhsul istehsalı, ixrac imkanlarının artırılması, ixracın diversifikasiyası istiqamətində atılacaq addımlar və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq imkanları, bu sahədə kadr potensialının gücləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə edilib.

Daha sonra nazir Məcnun Məmmədov “Aydın Agro” MMC-nin Bərdə rayonunda yerləşən heyvandarlıq kompleksində olub. Bildirilib ki, südlük istiqamət üzrə ixtisaslaşmış kompleksdə 1300 baş Holşteyn-Friz cinsli heyvanlar saxlanılır. Kompleksdə ildə 6570 ton yüksək keyfiyyətli süd istehsal olunur. 4 tövlə, qaraj, silos quyusu, anbar və əlavə yardımçı binaların mövcud olduğu heyvandarlıq kompleksi tam avtomatlaşdırılmış sağım sistemləri, heyvanların sağlamlığını izləyən sensor texnologiyaları və yem istehsalı avadanlığı ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi süd istehsalının səmərəliliyinin artırılmasına və yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Gələcəkdə süd istehsalının ildə 9125 tona çatdırılması nəzərdə tutulur.

Görüşdə şirkətin gələcək planları, genişlənmə imkanları və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see309

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see214

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see189

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see175

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see168

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see151

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see143

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see140

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see138

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri