Icma.az
close
up
RU
Kənd təsərrüfatında rəqəmsal transformasiya: Təlim keçirilib

Kənd təsərrüfatında rəqəmsal transformasiya: Təlim keçirilib

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Kənd Təsərrüfatı Nazirliyində “Estoniyada rəqəmsal transformasiya, təsərrüfatların dayanıqlılığı, siyasətin monitorinqi və qiymətləndirilməsi” mövzusunda təlim təşkil olunub. 

Tədbir Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan üçün hərtərəfli təsərrüfatların dayanıqlılığının ölçülməsi sisteminin işlənib hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə texniki dəstək” layihəsi çərçivəsində baş tutub.

“Cebheinfo.az” xəbər verir ki, təlimin əsas məqsədi Estoniyanın kənd təsərrüfatı siyasəti əsasında formalaşmış rəqəmsallaşma təcrübəsinin təqdim edilməsi, süni intellektin tətbiqi, təsərrüfatların dayanıqlılığının ölçülməsi, eləcə də aqrar siyasətin monitorinqi və qiymətləndirilməsi istiqamətlərində beynəlxalq təcrübə mübadiləsinin təşkili olub.

Tədbirin açılışında çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, təlim Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası ilə həyata keçirilən Texniki Əməkdaşlıq layihəsi (TCP) çərçivəsində təşkil olunub. 

O, qeyd edib ki, layihə Kənd Təsərrüfatı Nazirliyi üçün mövcud süni intellekt proqramının, o cümlədən Fermer Təsərrüfatlarının Məlumat Monitorinqi Sisteminin gücləndirilməsi və daha sistemli şəkildə inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Nazir müavini vurğulayıb ki, hazırda Nazirliyin həyata keçirdiyi əsas təşəbbüslərdən biri də fermerlərin qiymətləndirmə sisteminin yaradılmasıdır. Bu sistemin məqsədi qısamüddətli iqtisadi mənfəətə əsaslanan yanaşmalarla iqlimə davamlı, resurslardan səmərəli istifadə edən və uzunmüddətli dayanıqlılığı təmin edən fermer təsərrüfatlarını fərqləndirməkdir. 

Bu yanaşma bizə kənd təsərrüfatında “yaşıl keçid”i təşviq etmək, dövlət dəstək mexanizmlərini daha hədəfli və effektiv etmək, həmçinin siyasət alətlərimizi real məlumatlara əsaslanaraq təkmilləşdirmək imkanı verir.

Süni intellekt artıq kənd təsərrüfatında risklərin azaldılması, resursların optimallaşdırılması, məhsuldarlığın artırılması və iqlim dəyişikliklərinə uyğunlaşma baxımından mühüm alətə çevrilmişdir. 

Bizim məqsədimiz bu texnologiyaları fermerlər üçün real fayda yaradan, əlçatan və effektiv mexanizmlərə çevirməkdir.

FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Nasar Hayat Kənd Təsərrüfatı Nazirliyi ilə davam edən əməkdaşlıq çərçivəsində təsərrüfatların dayanıqlılığı və rəqəmsal transformasiya məsələlərinin müzakirəsi üçün təşkil olunan bu görüşün əhəmiyyətini vurğulayıb. 

Bildirib ki, bu cür təşəbbüslər beynəlxalq təcrübənin tətbiqinə, mövcud səylərin gücləndirilməsinə və ölkədə daha səmərəli, dayanıqlı kənd təsərrüfatı sisteminin formalaşmasına töhfə verir.

Çıxışlardan sonra FAO-nun siyasət üzrə mütəxəssisi Dmitri Zvyagintsev layihə çərçivəsində görülən işlər və qarşıda duran hədəflər barədə təqdimat edib.

FAO-nun beynəlxalq eksperti Eduard Matveev “Estoniyanın kənd təsərrüfatı siyasəti əsasında formalaşmış rəqəmsallaşma təcrübəsi” mövzusunda geniş təqdimatla çıxış edərək rəqəmsal həllərin tətbiqi və siyasət alətlərinin effektivliyi barədə məlumat verib. 

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri