Kənd yumurtasının qiyməti bahalaşdı VİDEO
Icma.az, Modern.az saytına istinadən bildirir.
Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.
Modern.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, satıcılar bahalaşmanın son bir ayda müşahidə olunduğunu və əsas səbəblərdən birinin kənd toyuqlarının yumurta istehsalının azalması olduğunu bildiriblər.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənlinin sözlərinə görə, payız və qış aylarında yumurta istehsalının azalması, tələbatın isə yüksək qalması qiymətlərin artmasına səbəb olur. O, soyuq aylarda qiymətlərin daha da yüksələ biləcəyini istisna etməyib.
Ətraflı videoda:
Baxış sayı:145
Bu xəbər 06 Oktyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















