Kənddəki dəhşət: 16 uşağı əsir saxlayanlar tutuldu
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Ohayo ştatında bir ailənin dörd üzvü bir neçə ildir ki, 16 uşağı antisanitariya şəraitində əsir saxladıqlarına görə həbs edilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə 1 iyulda The Guardian qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Valideynlər və nənə-babalar ittiham olunub. Qəzet bildirib ki, 16 uşaq son dörd ilin böyük bir hissəsini tək otaqda "dəhşətli şəraitdə" keçirdikdən sonra xarabalıqda olan bir evdə xilas ediliblər.
Hakimiyyət orqanlarının məlumatına görə, 18 aydan 18 yaşa qədər olan uşaqlar vaxtlarının çox hissəsini tullantılarla dolu tək otaqda keçiriblər. Xilas edilən uşaqların bəziləri danışa bilməyiblər.
Məlumata görə, uşaqlar Ohayo ştatının ən kasıb qraflıqlarından birində yerləşən Hamden kəndindəki xarabalıqda olan bir evdə ayrıca araşdırma çərçivəsində axtarış zamanı tapılıblar.
Yeddi uşaq xəstəxanaya yerləşdirilib, onlardan ikisi travma mərkəzlərinə vertolyotla aparılıb. Bundan əlavə, bir uşağın vəziyyəti ağır olduğundan, süni tənəffüs aparatına qoşulub.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 İyul 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















