Icma.az
close
up
RU
“Kənddən Şəhərə”: Şərqi Zəngəzurda yetişdirilən məhsullar Bakıda satışa çıxarılıb REPORTAJ

“Kənddən Şəhərə”: Şərqi Zəngəzurda yetişdirilən məhsullar Bakıda satışa çıxarılıb REPORTAJ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 iyul, AZƏRTAC

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası açılıb. AZƏRTAC-ın əməkdaşları yarmarkada olub, fermerlərin və alıcıların təəssüratlarını öyrəniblər.

Səhər saatlarından Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanındayıq. Burada Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunub. İsti havaya baxmayaraq, şəhər sakinləri yarmarkaya axışırlar. Hətta bəzi piştaxtalarda məhsulların çoxu artıq satılıb. Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərə birbaşa satış platforması təqdim etməklə dəstək göstərmək və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.

Budəfəki yarmarkanı xüsusi əlamətdar edən amillərdən biri işğaldan azad olunmuş ərazilərdəki həyətyanı sahələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının satışa çıxarılmasıdır. Şərqi Zəngəzurun Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan fermerlərin öz təsərrüfatlarında yetişdirdikləri məhsulları brendləşdirərək yarmarkaya gətirənlərdən biri də Cənnət Şərifovadır.

Zəngilanın Ağalı kəndində yaşayan bacısı ilə birgə əl əməyi, göz nuru ilə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satan həmsöhbətimiz bağın barını qürurla təqdim edir. İlk dəfə yarmarkada iştirak edən Cənnət xanım burada yaradılan şəraitdən məmnundur. O, satdığı məhsulların alıcıların diqqətini cəlb etdiyini bildirib: “Şaftalı, nektarin gətirmişik. Öz həyətimizin məhsuludur, təbii və keyfiyyətlidir. Kimyəvi dərmanlardan istifadə olunmadan yetişdirilib. Çox gözəl məhsuldur, yığıb gətirmişik. Bundan başqa, kərə yağı, pendir, turşular və müxtəlif çiçəklər də təklif edirik. Alıcıların marağı böyükdür, çox yaxşı alırlar. Onları mehribanlıqla yola salırıq. Şaftalının qiyməti 70-90 qəpik arasında dəyişir”.

Bakının Türkan qəsəbəsində yetişdirilən göyərti və bostan məhsullarını satan Əliyar Salamov da fermerlər üçün yaradılan şəraitdən razılıq edib. “Hər yarmarkada canla-başla iştirak edirik. Bizə hər cür şərait yaradırlar – yer verilir, tərəzi ilə təmin olunuruq. Mallarımızı rahat sata bilirik, əlavə xərcimiz də çıxmır”, – deyə o qeyd edib.

Alıcılar isə məhsul bolluğu ilə yanaşı, ciblərinə uyğun qiymətlərdən də razıdırlar. Yarmarkaya ilk dəfə gələn Aynur Hüseynova qiymətlərin sərfəli olmasından danışıb: “Pendir, çiyələk və alça almışam. Qiymətlər marketlərdən xeyli ucuzdur. Marketdə gilasın kiloqramı 6 manatdırsa, burada eyni keyfiyyətdə məhsulu 3 manata tapmaq mümkündür. Mövsümi meyvələrin, həmçinin ağartı məhsullarının qiymətində ciddi fərq var”.

Digər alıcı Nazim Qafarov yarmarkanın daimi müştərisi kimi təşkilatçılara təşəkkür edir: “Hər həftə gəlib buradan meyvə və pendir alıram. Burada məhsulların hamısında qiymətlər çox aşağıdır, ailə büdcəsi üçün çox sərfəlidir. Özüm 8-ci mikrorayonda yaşasam da, mütəmadi olaraq bura gəlirəm”.

Bu yarmarkalara müntəzəm gələn alıcı Ofeliya Babayeva isə təmizliyə və mədəni xidmətdən söz açıb . “Çox diqqətlidirlər, satıcıların mədəni davranışı insanı razı salır. Qiymətlər marketlərdən 10 faiz, bəlkə də daha çox aşağıdır. Ona görə də buranın daimi fəaliyyət göstərməsini arzu edirəm. Evimə yaxın olduğu üçün çalışıram həmişə buradan bazarlıq edim”, - deyə o bildirib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin şöbə müdiri Nilüfər Mustafaqızı ilə də söhbət edirik. O bildirib ki, həftəsonu yarmarkası yay mövsümü boyu davam edəcək: “Yarmarka hazırda həm həftəsonu, həm də mövsüm yarmarkası olaraq fəaliyyət göstərir. Budəfəki yarmarkanın ən əhəmiyyətli məqamlarından biri Şərqi Zəngəzurun Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan fermerlərimizin şaftalı, nektarin, kartof kimi məhsulları satışa çıxarmasıdır. Onlar öz təsərrüfatlarında istehsal olunmuş ət və ət məhsulları, yumurta, bal, quru və təzə meyvələr də gətiriblər. Həm fermerlərimizə dəstək olmaq, həm də paytaxt sakinlərini təbii məhsullarla təmin etmək üçün bütün alıcılarımızı yarmarkamızda gözləyirik”.

Yarmarkanın ən böyük üstünlüklərindən biri də alıcıların aldadılma və ya keyfiyyətsiz məhsul riskindən qorunmasıdır. Satışa təqdim olunan bütün məhsulların keyfiyyətinə və qida təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birbaşa nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı şübhəsi və ya sualı yaranan vətəndaşlar dərhal ərazidə fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə və ödənişsiz analiz etdirə bilirlər.

Müxbir - Nailə Həsənova

Fotoqraf - Səfiyar Məcnun

Operator - Ceyhun Mustafayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri