Icma.az
close
up
RU
Kəpəz i hər şeyə rəğmən Premyer Liqada saxlamağa çalışan məşqçi gəncəli azarkeşlərin dəstək əvəzinə etirazı...

Kəpəz i hər şeyə rəğmən Premyer Liqada saxlamağa çalışan məşqçi gəncəli azarkeşlərin dəstək əvəzinə etirazı...

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

O, komandanı götürəndə "Kəpəz"i Premyer Liqada saxlaması o qədər də real görünmürdü. Əksər azarkeşlər gözünü çəkmişdi komandadan. Bərbad seleksiya, ardıcıl məğlubiyyətlər, ruh düşkünlüyü. Məğlubiyyətlə barışmış qoşun hissəsinə bənzəyirdi həmin dönəmdəki "Kəpəz". 

Lakin Azər Bağırov hər şeyə rəğmən gedişatı dəyişməyi bacardı. "Neftçi", "Sabah", "Turan Tovuz" kimi rəqibləri məğlub elədi, "Qarabağ"dan xal aldı. Son dövrəyə axırıncı yerdə gedən "Səbail"dən 5 xal irəlidə girdi. Kənardan kiməsə asan görünə bilər, amma böyük əziyyət bahasına başa gələn nəticədir bu.

Maraqlıdır ki, "Səbail"lə oyundan sonra bir qrup gəncəli azarkeş "Kəpəz"in oyunçularına etiraz ediblər. Onların oynadığı futbolu tənqidlə qarşılayıblar. "Səbail"lə oyunda heç-heçə qane eləməyib onları. Hərçənd, bu bərabərlik "Kəpəz"in son pillədəki rəqiblə 5 xallıq aranı qoruması baxımından əhəmiyyətli nəticə olub. Udsaydılar, lap yaxşı. Amma "Səbail" də qələbə qazanmaq istəyirdi, paytaxt klubu belə rahatlıqla Premyer Liqadakı yerinə itirməyə razılaşası deyil. 

"Kəpəz" azarkeşlərinin komandadan gözləntisi böyükdür, anlaşılandı bu. Amma indiki şərtlər altında yaxşı oyun, yaxşı nəticələr tələb etmək yersizdir. Gəncəli azarkeşlərin bəyənmədiyi "Səbail"in belə imkanları "Kəpəz"dən daha yaxşıdır. Məsələn, "Şamaxı" hər nə qədər sponsorsuz olduğunu aləmə car çəksə də, həm rayonun icra başçısının, həm də vəzifəli şəxslərin bir əli həmişə bu klubun üstündə olub. "Kəpəz" isə neçə ildir ki, Premyer Liqanın kimsəsiz, yiyəsiz klubu kimi ömür sürür. Kimsə bəyənsə də, bəyənməsə də, klubun rəhbəri İlqar Nadiri bu neçə ildə heç bir sponsor dəstəyi olmadan, şəhər rəhbərliyinin köməyini görmədən "Kəpəz"i Premyer Liqada saxlaya bilir.

Deyilənə görə, gələn mövsümdən "Kəpəz"i yeni sponsor himayəsinə götürməlidir. Hələ ki adı naməlum qalan şirkətin gələn mövsümdən Gəncə klubunu iddialılardan birinə çevirəcəyinə dair məlumatlar tirajlanmaqdadır. Gözləyək, görərik. 

Dünən Tovuz stadionunda çığır-bağır salan azarkeşlər də yeni sponsorun gəlişini gözləməli, tələblərini ona deməlidilər. Azər Bağırova isə dəstək lazımdır. Bu mütəxəssis çətin tapşırığın öhdəsindən gələ bilməsə, nə qədər istəyirlər qışqırsınlar, "Kəpəz" gələn mövsüm I Liqada gün keçirməli olacaq. 

Həmid

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 Mart 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri