Icma.az
close
up
RU
“Kəpəz” ili 11 xalla bitirdi

“Kəpəz” ili 11 xalla bitirdi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Kəpəz (Gəncə) - Sumqayıt 0:0
22. Məmməd Hüseynov - 5,5
7. Ehtiram Şahverdiyev - 5,5
(21. Camal Cəfərov, 88) - qiymətsiz
12. Turan Manafov - 5,5
5. Rauf Hüseynli - 5,0
26. Valdemar Almeyda - 5,0
(70. Nicat Suleymanov, 68) – 4,5
9. Luis Paçu - 5,5
29. Dioqo Verdaska - 5,5
78. Yeqor Xvalko (k) - 5,5
3. Mahamadu Ba - 6,0
10. Karim Lkouça - 5,5
77. Viktor Braqa - 5,0
(99. Əli Səmədov, 60) - 5,0
Ehtiyat oyunçular
18. Elgün Bayramov
80. Tural Rzayev
20. Mahir Həsənov
17. Ümid Səmədov
15. Cavad Kərimov
19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov
Komananın ən yaxşısı: Mahamadu Ba
1. Mehdi Cənnətov - 5,5
14. Elvin Bədəlov (k) - 5,0
7. Rövlan Muradov - 5,5
(2. Sərtan Taşkın, 81) - qiymətsiz
17. Murad Xaçayev - 5,0
30. Kamran Quliyev - 6,0
20. Ayxan Süleymanlı - 5,5
19. Roy Kehat - 5,5
95. Miloş Miloviç - 5,0
12. Georgi Karaişvili - 5,0
(8. Səbuhi Abdullazadə, 57) - 5,0
23. Cordan Rezabala - 5,0
60. Tresor Mossi - 5,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
6. Vüqar Mustafayev
41. Uğur Cahangirov
21. Nihad Əhmədzadə
66. Ruslan Əliyev
24. Sənan Muradlı
64. Kənan Feyziyev
9. Nikola Vuynoviç
5. Alan Dias
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Kamran Quliyev
Qol: yoxdu.
Vərəqələr: E.Bədəlov, 34 (qeyri-idman hərəkəti). M.Cənnətov, 90+1 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: KAMAL UMUDLU , Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Elman Musayev (Bakı).
20 dekabr. Tovuz. Şəhər stadionu. 150 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Turun Tovuzda keçirilən açılış matçı hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyırdı. “Kəpəz” sonuncu pillədəki “Səbail”dən uzaqlaşmaq, “Sumqayıt” isə “Sabah”la arasındakı xal fərqini “əritmək” niyyətində idi.

Qonaqların ilk yarıdakı birinci və sonuncu təhlükəli epizodunu matçın 2-ci dəqiqəsində izlədik. Mossi Ayxana doğru ötürmə verdi. Süleymanlı topu Kamrana ötürdü. Kamran – Kehat - Karaişvili kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə tamamladı. Cəmi iki dəqiqə sonra Braqa Mahamadunun uzun ötürməsini qəbul edib zərbə vursa da, Mehdi Cənnətov təslim olmadı. Qayıdan topa yaxınlaşan Karim bəxtini sınasa da, top qapıdan aralı keçdi. 19-cu dəqiqədə Elvin Bədəlov ötürmədə səhvə yol verdi. Ba topu ələ keçirib, Luisə ötürmə verdi. Paçu Mossinin ətrafında 180 dərəcə döndükdən sonra qeyri-dəqiq zərbə ilə yadda qaldı. “Sumqayıt” ardıcıl səhvlərə yol verir, “Kəpəz” isə bundan yararlana bilmirdi. Gəncəlilərin növbəti hücumu 20-ci dəqiqəyə təsadüf etdi. Rezabala ötürmədə səhvə yol verdi. Karimdən ötürmə alan Paçu uzaq məsafədən bəxtini sınasa da, zərbəsi qeyri-dəqiq oldu. Düzdü, “sarı-göylər” 36-cı dəqiqədə “kimyaçılar”ın qapısına yol tapdı. Lakin Ehtiramın qolu ofsayd üzündən qeydə alınmadı.
İkinci hissədəki ilk təhlükəli vəziyyəti 53-cü dəqiqədə qonaqların ifasında izlədik. Kamran Quliyev Rezabalanın uzun ötürməsini qəbul edib zərbə endirsə də, top qapıdan aralı keçdi. Cəmi bir dəqiqə sonra Kamran fərqlənməyə yaxın oldu. O, uzun ötürməni qəbul edib, topu Məmməd Hüseynovun başının üzərindən keçirsə də, Verdaska qola əngəl oldu. Meydana yenicə daxil olan Səbuhinin zərbəsində də azacıq dəqiqlik çatmadı. Sona yaxın “Kəpəz” yenidən fəallaşsa da, hesabı aça bilmədi. Bu isə o deməkdi ki, gəncəlilər ili 11 xalla bitirdi. “Səbail” bu gün “Zirə”ni məğlub edəcəyi təqdirdə “Kəpəz” sonuncu pilləyə yuvarlanacaq.
Gözdən qaçmadı
* “Xəmsə” “Vurğun Hüseynov” dedi, Vurğun isə qarşılığında azarkeşləri alqışladı.
* “Kimyaçılar” və “UltraSumqayıt” tribunada yox idi.
* Matçı media sektorunda izləyənlər sırasında Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev də var idi.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri