Icma.az
close
up
RU
Kəpəz in kapitanı: Uduza uduza gəlirik, bir anda toparlanırıq, amma bu da hər zaman davamlı olmur MÜSAHİBƏ

Kəpəz in kapitanı: Uduza uduza gəlirik, bir anda toparlanırıq, amma bu da hər zaman davamlı olmur MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kəpəz"in kapitanı Əli Səmədov Sportal.az saytına müsahibə verib.

- Oyunla bağlı təəssüratlarını bölüşərdin.

- Oyuna əslində yaxşı hazırlaşmışdıq, amma istədiyimiz oyunu göstərə bilmədik. İlk hissədə iki qol buraxdıq. İkinci hissədə toparlanmağa çalışsaq da, səhvlərimiz ucbatından qol buraxdıq və nəticədə 3:2 hesabı qeydə alındı. Karvan həm turnir cədvəli baxımından, həm də oyun üslubu ilə bizim birbaşa rəqibimizdir. Təəssüf ki, bu dəfə oyunumuz alınmadı.

- "Karvan-Yevlax" aşağı liqadan gələn komandadır. Əslində xal almaq üçün ən münasib rəqib idi. Niyə qələbə qazana bilmədiniz?

- Düzünü desəm, artıq 3 mövsümdür eyni vəziyyəti yaşayırıq. Bəzən elə gəlir ki, sanki tilsimlənmişik. Uduza-uduza gəlirik, bir anda toparlanırıq, amma bu da hər zaman davamlı olmur. Qarşıda çətin səfərlərimiz var – Zirə, Naxçıvan. İndi milli fasilə yaranıb, bu müddəti düzgün dəyərləndirməliyik. Çünki başqa yolumuz yoxdur. Oyunun müəyyən hissəsində Karvanı qapısına sıxdıq, qol da vurduq. Əsas odur ki, bu oyunu davamlı edə bilək.

- Son illərdə "Kəpəz"də 7–8-ci turdan sonra baş məşqçi dəyişikliyi olurdu. Bu mövsüm də belə bir ssenari gözlənilirmi?

- Xeyr, bu barədə nəsə deyə bilmərəm. O vaxt da Adil müəllim gəlib komandamızı toparladı. Məncə, yeni futbolçulara vaxt lazımdır. Komandaya çox oyunçu gec qoşulub, hətta elələri var ki, çempionatın başlamasına 2 gün qalmış gəlib. Buna görə də hamımız əl-ələ verib çıxış yolunu tapmalıyıq.

- Oyundan sonra azarkeşlər Adil müəllimə etiraz etdilər. "Kəpəz" camiəsində gərginlik hiss olunur. Bu barədə fikrin necədir?

- Məncə, azarkeşlər haqlıdır. Onlar tələb edirlər, bu da normaldır. Əvvəlki illərlə müqayisədə indi sponsor dəstəyimiz var, rəhbərlik bizə böyük diqqət göstərir. Biz də bunun qarşılığını verməliyik. Sumqayıt, Karvan kimi rəqiblərlə oyunlarda 3 xal qazanmalı idik. Əks halda, azarkeşlərin etirazı qaçılmaz olur.

- Gəncə stadionu artıq demək olar hazırdır. Ev oyunlarına çıxmaq sizin üçün nə dərəcədə önəmlidir?

- Stadionda işlər sürətlə gedir. Biz də səbirsizliklə evdə oynamağı gözləyirik. Artıq neçə ildir ki, yalnız səfərlərdə – Tovuzda, Qəbələdə çıxış edirik. Ev oyunlarımızda azarkeş dəstəyi daha güclü olur. Gəncənin özünəməxsus aurası var, ora gələn hər komanda təzyiq hiss edir. İnşallah tezliklə hazır olar və evimizdə oynayarıq. Amma bu, heç bir halda bəhanə deyil. Harada oynamamızdan asılı olmayaraq, ilk növbədə özümüz toparlanmalıyıq.

- Adil müəllim deyir ki, hədəf yalnız Premyer Liqada qalmaq deyil. Komandanın məqsədi nədən ibarətdir?

- Ən azı 7–8-ci pillədə qərarlaşmaq istəyirik. Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq məqsədimiz deyil. Onsuz da buna nail ola bilirik. İndi dəstəyimiz var, rəhbərlik yanımızdadır. Məqsədimiz 8-ci pilləyə qədər qalmaqdır, yuxarı pillələrə də qalxmaq mümkündür. Niyə də olmasın? Amma indidən dəqiq söz vermək düzgün olmaz. Mövcud vəziyyətimiz buna imkan vermir, amma mən inanıram ki, komanda toparlanacaq. Belə qala bilməz.

Elçin Əlixan
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Avqust 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri