Kəpəz in sabiq baş məşqçisi: Sponsor gələndə mütləq xarici məşqi olmalıdır?
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Kəpəz"in sponsoru, şəraiti yox idi, yerli məşqçilər çalışırdı. İndi isə bazası, məşq meydançası var, gəlib legioner baş məşqçi işləməlidir?" Bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Vahabzadə deyib.
Təcrübəli mütəxəssis Mirça Rednikin Gəncə klubunun baş məşqçi postuna dəvət olunmasına münasibət bildirib:
"Hansı uğurlara görə Mirça Redniki gətirirlər? Böyük büdcə ilə "Xəzər Lənkəran"da nə etdi, hansı uğurlara imza atdı? Mən Azər Bağırovun qalmasının tərəfdarıyam. Komandanı Premyer Liqada saxlaması üçün əlindən gələni edir. Sponsor gələndə mütləq xarici məşqi olmalıdır? Öz məşqçilərimizə nə olub ki? Zəhmət çəkib PRO kateqoriyasını oxuyublar. İşləri ilə sübut edirlər ki, Premyer Liqada çalışmağa layiqdirlər. Rednikin gəlməsinin qəti əleyhinəyəm. Şərait düzəlsin, nəticə olmasa, məşqçini dəyişərlər. Öz yerli məşqçilərimizə güvənmək lazımdır".
Qeyd edək ki, mətbuatda "Kəpəz"in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi və tərəflərin 3 illik müqavilə imzalaya biləcəyi barədə xəbərlər dolaşır. 63 yaşlı rumıniyalı əvvəllər "Xəzər Lənkəran"ı da çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 May 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















