Icma.az
close
up
RU
“Kəpəz” sabiq futbolçularının qəzəbinə düçar oldu

“Kəpəz” sabiq futbolçularının qəzəbinə düçar oldu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kəpəz (Gəncə) - Zirə 0:4 (0:2)
1. Rojerio Santos - 4,5
7. Ehtiram Şahverdiyev - 5,0
12. Turan Manafov - 5,0
70. Nicat Suleymanov - 4,5
(77. Viktor Braqa, 58) - 5,0
5. Rauf Hüseynli - 4,5
(21. Camal Cəfərov, 58) - 5,0
26. Valdemar Almeyda - 5,0
9. Luis Paçu - 4,5
(11. Orxan Əliyev, 15) - 5,0
29. Dioqo Verdaska - 5,0
78. Yeqor Xvalko (k) - 5,0
3. Mahamadu Ba - 5,0
10. Karim Lkouça - 5,5
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov 
18. Elgün Bayramov
80. Tural Rzayev
99. Əli Səmədov
20. Mahir Həsənov
17. Ümid Səmədov
97. Nicat Məmmədov
19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Karim Lkouça
13. Aydın Bayramov - 5,5
21. Hacıağa Hacılı - 5,5
8. İsmayıl İbrahimli - 6,0
(16. Fuad Bayramov, 77) - qiymətsiz
14. Elçin Əlicanov - 6,5
4. Ruan Renato (k) - 5,5
90. Davit Volkov - 5,5
10. Georgi Papunaşvili - 7,0
70. İssa Cibrila - 6,5
(15. Pyer Zebli, 77) - qiymətsiz
18. Junior Martins - 6,5
(24. Yusuf Laval, 72) - 5,0
6. Eldar Quliyev - 5,5
(29. Ceyhun Nuriyev, 61) - 6,0
19. Salifu Suma - 6,5
(17. Ayron Qomis, 61) - 5,0
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
7. Məqsəd İsayev
22. İldar Alekperov
5. Stefan Aka
3. Ange Mutsinzi
28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Georgi Papunaşvili
Qollar: S.Suma, 32 (1:0, J.Martins). G.Papunaşvili, 45+2 (2:0). İ.Cibrila, 47 (3:0, İ.İbrahimli). E.Əlicanov, 73 (4:0, C.Nuriyev).
Vərəqə: O.Əliyev, 40 (qeyri-idman hərəkəti) - sarı.
Hakim: TURAL QURBANOV, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Kifayət Mustafayeva (Bakı).
8 dekabr. Tovuz. Şəhər stadionu. 150 tamaşaçı (6800 yerlik).
Hər hissəyə iki dəqiqə əlavə olunub. 
Oyunun qiyməti: 6,0.
"Səbail"in "Araz-Naxçıvan"a uduzması "Kəpəz"i, "Sabah"ın "Qarabağ"dan xal alması "Zirə"ni qələbəyə kökləyirdi ki, son ana qədər rəqibinə qalib gəlməyə çalışsın və mövqeyini möhkəmləndirsin. Onsuz da sonuncu pillədən qurtulan "sarı-göylər" "dənizçilər"lə aradakı xal fərqini artırmağa məcbur idi. Ən azı hadisələrin məntiqi ardıcıllığı bunu tələb edirdi. Təbii ki, "qartallar" da ilk "4-lük"dəki yerini qoruyub-saxlamağın əhəmiyyətini anlayırdı.

Mənə elə gəlir ki, meydan sahibləri döyüşmək əvəzinə "Şamaxı" üzərində qazanılan qələbədən sonra yaranan arxayınlığın qurbanı oldu. Düzdü, ilk dəqiqələrdə nümayiş etdirilən oyun belə danışmağa əsas vermir. Hətta demək olar ki, hesabı açmağa daha yaxın olan "Kəpəz" idi. Lakin Aydın bir qədər uzaq məsafədə təyin olunan cərimə zərbəsi zamanı birbaşa "çərçivə"ni nişan alan Turana mane oldu. 22-ci dəqiqədə Ba komandasını sevindirmək fürsətini qeyri-dəqiqlik üzündən boşa verdi. "Zirə"nin meydandakı varlığı 32-ci dəqiqədə hiss olundu. Qonaqlar bir neçə saniyə ərzində qurduğu ardıcıl hücumlar sayəsində hesabı açdı. Əvvəl sol cinahdan irəliləməklə topu cərimə meydançasına çatdıran Martinsin əziyyətini Volkov qeyri-dəqiq baş zərbəsiylə yerə vurdu. Juniorun növbəti ötürməsini dəyərləndirən isə Suma oldu. Qvineyalı fərqlənmək üçün qapıya paralel şəkildə göndərilən topun yönünü dəyişdi ki, nominal meydan sahiblərinin əlindən nəsə gəlmədi. Belədə "Kəpəz"in böyük istəklə hücuma atılacağını düşünsək də, yanıldıq. "Zirə"nin 45+2-ci dəqiqədə fərqi artırması isə gəncəlilərin qələbə ümidinə son qoydu. Əslində Santos bunu əngəlləyə bilərdi. Lakin o, Sumanın zərbəsini dəf etdikdən sonra top meydanda qaldı. Nəticədə fürsətdən istifadə edən Papunaşvili istəyinə çatdı - 2:0.
Hər halda, "sarı-göylər" 2-ci hissədə heç-heçə üçün çalışmaq, azı bir xal qazanmaqla "Səbail"dən aralaşmaq imkanına sahib idi. Amma "qartallar"ın 47-ci dəqiqədə fərqi üçə çatdırması bu hədəfi də imkansıza çevirdi. Dəqiq desək, İsmayıl topu Nicatdan "oğurladı" və Cibrilaya çatdırdı. Təkbaşına irəliləyən nigeriyalı Xvalkonu asanlıqla aldadaraq cərimə meydançasının həndəvərindən "çərçivə"ni dəqiq nişan aldı. Bir qədər sonra "Kəpəz" 51-ci dəqiqədə qollardan birinin əvəzini çıxmağa yaxın oldu. Sadəcə, Lkouçanın ötürməsini qəbul edən Orxan Hacıağanın müdaxiləsindən sonra topu itirdi və Elçin dərhal təhlükəni sovuşdurdu. Ardınca Ehtiram uzaqdan, Lkouça cərimə meydançasının daxilindən bəxtini sınadı ki, Aydın hər iki epizodda xilaskar rolunda oldu. Çox keçmədən Ba Braqanın ötürməsini dəyərləndirə bilmədi. Daha doğrusu, Aydın növbəti dəfə seyvlə yadda qaldı. Elə bu ərəfədə "Zirə" fərqi dördə çatdırdı. 73-cü dəqiqədə yerinə yetirilən künc zərbəsindən sonra Santos üzərinə gələn topu dəf etsə də, Elçin Ceyhunun ötürdüyü "kürə"ni tora qovuşdura bildi.
Növbəti dəqiqələrdə daha bir neçə təhlükəli vəziyyət izlədik. Qomisin uzaqdan zərbəsini Santos zərərsizləşdirdi, ardından Lkouça fərqlənsə də, qol sayılmadı. Halbuki topun qapı xəttini keçdiyini görmək mümkün idi. 82-ci dəqiqədə Santos Lavalla təkbətək mübarizədən qalib ayrıldı. Volkov və Fuadın qol müəllifi olmaq istəyi isə qeyri-dəqiqlik üzündən reallaşmadı. Beləliklə, “Zirə” Bakıya darmadağınla döndü. "Kəpəz" isə daha çox çalışmalıdı. Hər halda, aşağı pillələrdə qərarlaşan komandalar arasında xal fərqi azdı.
Gözdən qaçmadı
* Gəncəli azarkeşlər ilk dəqiqələrdən hakimin üzərində təzyiq yaratmağa çalışdı. Demək olar ki, bütün qərarlara etiraz edir, komandalarının xeyrinə qərarlar tələb edirdilər.
* "Xəmsə" və "Qartallar" fanklubu tribunalarda idi. Qonaq tərəfdarlar adları yazılan pankartı açmamışdı. Onlar yalnız ilk qoldan sonra dəstək göstərməyə başladılar.
* "Kəpəz"in azarkeşləri final fitindən sonra birbaşa paltardəyişə otağına yollanan komandaya qəzəbləndilər və tənqidi şüarlar səsləndirdilər.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri