Kəpəzin futbolçusu əməliyyat olundu
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.
Moderator.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.
Qeyd edək ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.

Kəpəzin futbolçusu əməliyyat olundu
21 Noyabr 2024 14:46

