Icma.az
close
up
RU
Kərəm Aktürkoğlu Portuqaliyada ilk mövsümdə çempion ola bilmədi

Kərəm Aktürkoğlu Portuqaliyada ilk mövsümdə çempion ola bilmədi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliya çempionatında gərgin mövsüm və çempionluq mübarizəsi ''Sportinq''in qələbəsi ilə başa çatdı.
''Football-plus.az'' xəbər verir ki, son tura Lissabonun hər iki nəhəngi - ''Sportinq'' ilə ''Benfika'' eyni xalda daxil olmuşdu. Amma üstünlük ''Sportinq''in tərəfində idi. Çünki bu komanda şəxsi oyunlarda üstün idi (evdə 1:0, səfərdə 1:1).
Çempion olmaq üçün ''Sportinq''ə evdə ''Gimaraynş''ı yemək kifayət edirdi və komanda bu vəzifənin öhdəsindən əla gəldi. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan ''Gimaraynş'' ilk yarıda qapısını toxunulmaz saxlamağı bacarsa da, ikinci hissədə iki top buraxdı.
Beləliklə, ''Sportinq'' 2:0-lıq qələbə ilə ardıcıl 2-ci tarixinin 21-ci çempionluğunu qazandı. Paralel keçən oyunda isə ''Benfika'' heç minimum hədəfin də öhdəsindən gələ bilmədi. ''Qartallar'' səfərdə ''Braqa'' ilə 1:1 bərabərə qaldılar. Özü də rəqib 66-cı dəqiqədən azlıqda oynamaq məcburiyyətində qalmışdı. Kərəm Aktürkoğlu bu qarşılaşmada ümidləri doğrultmayaraq artıq 60-cı dəqiqədə əvəzləndi.
Beləliklə, Türkiyə yığmasının ulduzu Portuqaliyada ilk mövsümündə çempion ola bilmədi. Amma ümumilikdə mövsümü Kərəmin aktivinə yazmaq olar. O, 48 rəsmi qarşılaşmada 16 qol, 12 məhsuldar ötürməlik performansla 28 qolun vurulmasında yaxından iştirak etdi. Çempion ola bilməsə də, o, ilk mövsümü iki titulla tamamlaya bilər. ''Benfika'' artıq liqa kubokunu qazanıb və mayın 25-də ''Sportinq''lə kubokun finalında qarşılaşacaq. 26 yaşlı futbolçu dünənki qarşılaşmanın ardından sosial şəbəkədə paylaşım edərək bunları yazdı:

''Duyğularımızı kəlmələrlə ifadə etməyin çətin olduğu anlardan biridi. ''Benfika'' fanatlarına bu mövsüm layiq olduqları çempionluğu yaşada bilmədiyimiz üçün üzgünük. Ancaq onların verdiyi dəstək bizim üçün hər şeydən öndə gəlir''.


Kərəm ''Braqa''ya qarşı son matçda zəif təsir bağışlaması üzündən həm yerli mətbuat, həm də fanatlar tərəfindən tənqid atəşinə tutulub.
Ancaq sosial şəbəkələrdə onun tərəfini tutan fanatlar da az deyil. Bir çox ''Benfika''lı Kərəmin bu mövsüm Pavlidis ilə birlikdə komandanın ən yaxşı futbolçusu oluğunu iddia edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri