Kərəm Aktürkoğlu Portuqaliyada könülləri fəth etdi
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
''Qalatasaray''dan ''Benfika''ya transfer olunduqdan sonra sərgilədiyi əla performansla adından söz etdirən Kərəm Aktürkoğlu meydandan kənarda da gündəm olmaqda davam edir.
Noyabrın əvvəllərində Portuqaliya çempionatının 10-cu turunda ''Benfika'' Kərəmin iki məhsuldar ötürmə verdiyi qarşılaşmada səfərdə ''Farense''ni 2:1 hesabı ilə məğlub etmişdi. Həmin oyunun gedişində tribunada azyaşlı bir fanatın üzərində ''Kərəm mənə formanı ver'' yazılan pankartı açması diqqət çəkmişdi. Türkiyə yığmasının üzvü daha sonra həmin futbolsevəri mütləq tapacağını bildirmişdi.
Onların görüşü bu günlərdə baş tutdu. Həmin kiçik fanatın adı Tomas Qomeş imiş. Kərəm Aktürkoğlu bununla bağlı ''instaqram'' səhifəsindəki paylaşımında bunları qeyd edib:
''Bu gün xüsusi bir qonağım var. Dostum və gənc həmkarım Tomas Qomeş ilə formalarımızı dəyişdirdik. Tomasa da şərəfini qoruduğu ''Ferreyraş''ın formasını mənə hədiyyə etdiyi üçün təşəkkür edirəm''.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Dekabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















