Kərim Vəliyev: Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə daha çox töhfə vermək niyyətindədir
Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verib.
Bildirilib ki, NATO-nun üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iştirakı ilə keçirilən iclasda çıxış edən general-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə əməkdaşlığının inkişaf perspektivləri, Qətiyyətli Dəstək Missiyası və digər əməliyyatlarda fəaliyyəti, habelə
Azərbaycan Ordusunun NATO-nun keçirdiyi müxtəlif təlim və tədbirlərdə əldə etdiyi təcrübədən danışıb.
Azərbaycanın Avro-Atlantik məkanında və onun hüdudlarından kənarda sülhə və təhlükəsizliyə daim töhfə verdiyini qeyd edən general-polkovnik K.Vəliyev, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş tərəfdaş kimi beynəlxalq sülhə və təhlükəsizliyə daha çox töhfə vermək niyyətində olduğunu bildirib.
Səfər çərçivəsində Baş Qərargah rəisinin iclasda iştirak edən bəzi həmkarları ilə görüşləri planlaşdırılır.
12:02
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın NATO nümayəndəliyində olub.
Bu barədə nümayəndəlik “X” hesabında məlumat yayıb.
Bildirilib ki, Kərim Vəliyev NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Sessiyasında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir.
“Sözügedən səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev Azərbaycanın NATO-dakı missiyasında da olub”, - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















