Icma.az
close
up
RU
Boğaza yığılmışıq Anardan SƏRT AÇIQLAMA: AYB dən çıxarılacaqlar

Boğaza yığılmışıq Anardan SƏRT AÇIQLAMA: AYB dən çıxarılacaqlar

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Yazıçılar Birliyi nə etsə, hamı narazı qalır. Narazılıq etməkdənsə, ildə 15 manat üzvlük haqqını versinlər. Bu böyük məbləğ deyil. İllərdir ödəniş etmirlər. Amma hamı hər şey istəyir, tələb edir. Mənə ev ver, kömək et, dərman al, xərcimi qarşıla və s. Hər şeydən də narazıdırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

Onun sözlərinə görə, ödəniş etməyən hər kəs AYB-dən çıxarılacaq:

“Biz də boğaza yığıldıq. Hara qədər belə davam edə bilərik? Kimisə saxlamağa məcbur deyilik. İnsaflı davranıb son 5 ili götürmüşük. 7-8 ildir ödəniş etməyənlər var. Keçən il də xəbərdarlıq etmişdik. Yanvarın sonuna qədər vaxt qoymuşuq. Üzvlük haqqını ödəməsələr Azərbaycan Yazıçılar Birliyindən xaric olunacaqlar. Bəziləri səhlənkarlıq edir. Onların içində çox nüfuzlu yazıçılar da var. Lakin qanun hamı üçündür. Deyə bilmərik ki, onlar vermir, siz də verməyin. Xəbərdarlığımızı etmişik. Ödəniş etməyənlər Yazıçılar Birliyindən çıxarılacaq. Başqa cür mümkün deyil”.

AYB sədri söyləyib ki, yekun qərarı nizamnaməyə uyğun olaraq təşkilatın katibləri qəbul edəcək:

“Hələ üzümüzə dururlar ki, bizə nə etmisiz? Nə etməliyik, axı? Əsər yazırsan, çap edirik. Başqa nə etməliyik. İldə 15 manatı tapmırsınız? Hələ ki, insafla hərəkət edirik. Harda yazılıb ki, üzvü olduğun təşkilatın nizamnaməsini pozasan? Görək indi nə olur. Onsuz da nə etsək, dilə-dişə düşürük”.

AYB-nin tərtib etdiyi üzvlük haqqını ödəməyən yazıçı və şairlərin siyahısında vəfat etmiş şəxslərin də adının olmasına da toxunan Anar Rzayev vurğulayıb ki, bu, texniki xətadır:

“3 min yazıçıdan 2-si vəfat edib. O da səhvlik olaraq siyahıda gedib. Burada böyütməli nəsə yoxdur. Dəfələrlə xəbərdarlıq etmişik. Sonuncu dəfə də bu addımı atdıq. Təşkilatın katibləri yığışacaq və qərar verəcəklər. Ayın sonuna qədər ödəniş etməyən hər kəs xaric olunacaq. Onlar AYB-ni saymırsa, biz də öz sıralarımızda görmək istəmirik”.

Qeyd edək ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.

Quruma üzvlük haqqı illik 15 manatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Yanvar 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri