Icma.az
close
up
RU
Kəskin respirator virus infeksiyalarından necə qorunmaq olar?

Kəskin respirator virus infeksiyalarından necə qorunmaq olar?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Mövsümlə əlaqədar rast gəlinən xəstəliklər içərisində ilk sırada kəskin respirator virus infeksiyaları adlanan böyük xəstəliklər qrupu dayanır.

Yaz və payız aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi payız aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir.

Kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirir. Bu xəstəliklər zamanı, əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Bu qrup xəstəliklərə  qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir.

Kəskin respirator virus infeksiyaları yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir.

Bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s. Viruslarla yoluxma  asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklərin də (angina, uşaq serebral iflici, vərəm, böyrək xəstəlikləri və s.) kəskinləşməsi baş verə bilir. Uşaqlarda anginanın əmələ gəlməsinin bir səbəbi də kəskin respirator xəstəliklərlə tez-tez xəstələnmədir.

Bu gün dünyada pandemiya kimi yayılan koronavirus infeksiyası da respirator virus infeksiyalarının bir növüdür. Sevindirici haldır ki, digər respirator virus infeksiyalarından fərqli olaraq, uşaqlar bu virusa demək olar ki, yoluxmurlar. Yoluxduqda isə, xəstəliyi yüngül keçirirlər.

Yeni koronavirus (Covid-19) adlı bu virusun indiyədək hüceyrələrimizə tanış olmadığı elmə məlumdur. Uzun sürən təkamül dövründə bizim immun sistemimiz məlum infeksiyaların bir çoxuna rast gəlib və mübarizə aparmağı öyrənib. Ancaq, bu yeni koronavirusu orqanizmimiz demək olar ki, tanımır. Məhz bu səbəbdən yeni virusa yoluxmaq nə qədər asandırsa, onun öhdəsindən gəlmək o qədər çətindir. Maraqlıdır ki, hər hansı bir insan 1-14 gün əvvəl xəstəliyə yoluxsa belə, bəzən heç bir simptom göstərməyə bilir. Koronavirus xəstəliyinin ən əsas əlamətləri temperatur, yorğunluq və quru öskürəkdir. Bir çox insan (təqribən 80%) müalicə almadan öz-özünə sağala bilir.

Koronavirusla yoluxma ilk növbədə digər virus infeksiyaları kimi asqırma və oskürmə ilə ətrafa yayılır. Biz əllərimizlə virus bulaşmış səthlərə toxunmaqla yoluxa bilirik. Yoluxmanın ilkin mərhələsində yeni koronavirus aktiv şəkildə boğazda və nəfəs yollarında çoxalmağa başlayır. Sonra infeksiya aşağı tənəffüs orqanlarını - bronxları və ağciyərləri zədələyib bu orqanlarda kəskin iltihab yaradır. Bu səbəblə də  yoluxmanın ilkin əlaməti öskürəkdir.

Bir neçə gün boğazda kəskin ağrı müşahidə edilir və bundan sonra qızdırma 38-39 C-yə qədər yüksəlməyə başlayır. Ancaq yüksək qızdırma heç də hamıda müşahidə olunmur. Məsələn, xəstəliyin başlandığı Çinin Uxan əyalətində xəstələrin 30%-də xəstəxanaya daxil olarkən normal temperatur müşahidə edilib. Koronavirusun ən qeyri-adi xüsusiyyətlərindən biri də insanda dad və iybilmə hissinin itməsidir.

Koronavirusun yüngül forması adi mövsüm qripini xatırladır: quru öskürək, qızdırma, ümumi zəiflik, bəzən də əzələ və baş ağrıları. Bu cür yoluxmanın müalicəsi də adi qaydalara uyğun, ev şəraitində aparılır və simptomlara uyğun müalicə edilir.

Koronaviruslu xəstələrdə adətən 5 gün hərarət, yüngül qrip əlamətləri olur və bu zaman ətrafındakıları da yoluxdurur. Belə ki, bu xəstələrlə 1 metrədək məsafədən yoluxmaq mümkündür.

Koronavirus infeksiyasından qorunmaq və xəstəliyə yoluxmamaq üçün ən vacib üsullar:

- tibbi maskadan istifadə;

- əllərin təmizliyi (tez-tez sabunla yumaq və ya spirtlə silmək)

- sağlam qidalanma;

- yaşayış yerinin havasının tez-tez dəyişdirilməsi;

- immun sisteminin gücləndirilməsi.

Havaların soyuması ilə əlaqədar virus infeksiyalarının profilaktikası üçün immun sisteminin gücləndirilməsi olduqca əhəmiyyətlidir. Vitamin C virusəleyhinə immun cavabda mühüm rol oynayır. Xüsusilə vitamin C-nin yüksək konsentrasiyası immun sistemi üçün virusa qarşı adekvat cavab üçün çox vacibdir. 

Bu mitoxondrial, virusəleyhinə siqnal zülallarının və interferonun əmələ gəlməsi üçün vacibdir, o, virusəleyhinə bütöv kaskadı induksiya edir. Vitamin C olmadan dərinin və selikli qişanın baryer funksiyası effektli deyil. Hazırda amerikalı həkim və müəllif Tomas Levi Covid 19 mənşəli pnevmoniyanın profilaktika və müalicəsində yüksəkdozalı vitamin C-nin venadaxili yeridilməsini tövsiyə edir.

Yüksəkdozalı vitamin C infeksiyadan müdafiə üçün istifadə olunur. Pasiyentdə infeksiya olduqda, yüksəkdozalı vitamin C-ni yada salmaq lazımdır: infeksion prosesin başlanğıcında infeksiya ilə mübarizə məqsədilə vitamin C tələb olunur.

Vitamin C-nin immun hüceyrələrdə konsentrasiyası 1 saat ərzində 50% azalır. Lazım olan qədər vitamin C qəbul edilmədikdə, vitamin C-nin çatışmazlığı yarana bilər, bu da orqanizmin immun sistemini zəiflədə bilər.

Covid-2019 infeksiyası immun sisteminin həddən artıq iltihab cavabını işə salaraq bu sistemi zədələyir, bu da ağır pnevmoniya yaxud sepsisin inkişafına, kəskin ağciyər çatışmazlığının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Yüksəkdozalı vitamin C orqanizmdə əsas immunomodulyatorlardan biridir, beləki, o, infeksiyaya və həddən atrıq iltihaba qarşı müdafiəni aktivləşdirir.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri