Keşlə bazarı ətrafındakı tikinti altına düşən ağaclar ərazidən köçürülüb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi-“Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, layihənin əhəmiyyəti, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq, Keşlə bazarı ətrafındakı tikinti altına düşən ağaclar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb, bioloji inkişafdan qalmış ağaclar isə aidiyyəti qurumun rəyi əsasında götürülüb.
Baxış sayı:92
Bu xəbər 28 Fevral 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















