Icma.az
close
up
RU
Keşlə Bazarının yeni məkanı: “Müştəri yoxdur, biz də oturub nərd oynayırıq” REPORTAJ

Keşlə Bazarının yeni məkanı: “Müştəri yoxdur, biz də oturub nərd oynayırıq” REPORTAJ

Icma.az bildirir, Lent az portalına istinadən.

Keşlə Bazarını köçürdükdən sonra onların yeni yeri maraqlı idi. "Hər şeyin təzəsi, dostun köhnəsi" deyiblər. Daha öncə reportaj hazırladığımız Keşlə Bazarındakı köhnə dostlarımız yeni yerlərinə köçürülüblər. Əvvəlki reportajımızda bazar satıcıları köçürüləcəkləri üçün xeyli narazılıq etmişdilər. Bəs, görəsən, “Hər şeyin köhnəsi” deyimi bu bazara da aiddirmi? Bunu öyrənmək üçün Dərnəgüldəki "Eurohome"da yerləşən Yeni Keşlə Bazarına yollanıram.

Keşlə Bazarını hara köçürdüblər?

Böyük və qarışıq tikilmiş "Eurohome"da Keşlə Bazarını tapmaqda çətinlik çəkirik. Nəhayət, 1-2 nəfərdən soruşandan sonra bazarı tapırıq - plakatda ağ fona yaşıl hərflərlə yazılıb: "Keşlə bazarı".

Bazarın girişində bizi təmir olunan dükanların satıcıları qarşılayır. Dükanlarını təmir edən ustalara kömək edirlər. Yaxınlaşıb hal-əhval tuturam.

- Bizim dükanlar hələ təmirdədir, amma yerləşən satıcılar var, onlara yaxınlaşın. - Satıcı qarşıdakı piştaxtaları göstərir.

Keşlə Bazarının yeni yeri daha yaxşıdır?

Açığını desəm, ilk görünüşdə bura ilə köhnə bazar arasında çox fərq var. Hazırkı bazar xeyli təmirli və səliqəli görsənir. Zəif çiskin var, amma bazarın damından yağış dammır. Köhnə bazarda az qala hər yerdən yağış damırdı. İçəri yetərincə işıqlı və təmizdir.

- Gəlin, məni çəkin! - Orta yaşlı balıq satan qadın piştaxtaya söykənib ərklə deyir.

-Bazar olsun. Alver necə gedir? Müştəriniz var?

- Çox şükür, yaxşıdı. Açığı, belə gözləmirdim, elə bilirdim ki, müştərim olmayacaq burada. Köhnə bazardakı müştərilərim yavaş-yavaş gəlib bizi tapırlar.

Yan piştaxtada müştərilərlə satıcının mehriban söhbəti diqqətimi çəkir. Salamlaşıb hal-əhval tuturam:

- Necədir vəziyyət? Müştəriləriniz var?

- Müştəri budeey, mən. Köhnə bazardan tanıyıram onları, gəlib burada da tapdım.

Müştəri satıcının yerinə cavab verib balıqlara baxır.

Keşlə Bazarının təzə yerində nələr var?

İrəlidəki piştaxtada qadın satıcı balıq təmizləyir. Balığı yuduğu sudan çıxan buxardan bazara isti suyun da gəldiyi bilinir.

Balıq satılan yerlərin qarşısanda müştəri olsa da, digər piştaxtaların qarşısı boşdur. Tərəvəz satıcısına yaxınlaşıb salamlaşıram:

- Köhnə bazar yaxşı idi, ya bura?

- Şəraitinə görə bura, amma orada müştərilərimiz var idi. Səhərdən bəri 20-30 manatlıq alver ancaq etmiş olaram.

Sitrus meyvələri düzülmüş digər piştaxtadakı cənub bölgəmizdən olan qadına yaxınlaşıram. Bəli, cənub bölgəsi. Keçən dəfəki reportajımızda da yazmışdım ki, burada hər satıcının satdığı meyvələrdən haralı olduğunu bilmək olur.

- Necədir vəziyyət?

- Allah səni qorusun, yaxşıdı bura, amma di gəl ki, müştərimiz yoxdur. Fikir ver, hamı boşdur, dayanıb adam gözləyir.

Keşlə Bazarında alver necədir?

Qarşı tərəfdəki satıcı jurnalist olduğumu görüb bizi piştaxtasına dəvət edir:

- Buyurun, nardan nuş edin.

- Təşəkkür edirəm! Alver necə gedir?

- Alver zəifdir. Kimə mal satasan? Burada heç kim yoxdur. Ətrafda heç normal yaşayış yeri də yoxdur ki, gəlib alsınlar. Heç bazarın yerini tapmaq olmur. Camaat necə gəlsin? Heç olmasa yolun kənarında görünən bir yerə reklam lövhəsi qoysalar, keçən görər ki, bazar buraya köçüb.

Tərəvəz piştaxtasının qarşısında yaşlı bir qadın əlləri cibində sağa-sola gedir. Hiss olunur ki, müştəri gözləməkdən sıxılıb.

Yük arabasında oturan cavan oğlan böyrümdən səslənir.

- Jurnalistsən?

- Bəli.

- Lap yaxşı. Mən də bu arabayla yük daşıyıram

- Neçəyə?

- Bir reysi 2 manata.

- Müştəri olur?

- Müştəri buranı tanıyır ki? - Bazarın baş tərəfini göstərir - Girişinə bax, gör necə "tupik" bir yerdə salıblar bazarı. O qədər dardır ki, heç yoldan maşınlar düz-əməlli keçə bilmir. Gündəlik buraya nə qədər yük maşınları gəlir. Onlar necə keçsinlər? Heç olmasa buranın qabağını bir az açsalar, yaxşı olar. Keçən də görər ki, burada bazar var. Yoxsa bizi gətirib salıblar küncə, deyirlər ki, işləyin.

- Bu kadra bax, Rəhman - Fotoqrafımız İlkin fotoaparatında çəkdiyi şəkili göstərir - İki nəfər satıcı qarşı-qarşıya oturub nərd oynayırlar. Onlara yaxınlaşıram:

- Oyunçu aparsın!

- Çox sağ ol.

- Alver necədir?

- Alver yaxşı olsa, oturub burada nərd oynayarıq? - satıcının bir gözü məndə, bir gözü zərdədir - "şeşi-sə"! Kəsdim kələyini! Gəlib-gedən yoxdur, biz də oturub nərd oynayırıq.

Oyunçularımıza mane olmamaq üçün yavaş-yavaş buradan uzaqlaşıram...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri