Kevin De Bruyne agentləri vasitəsilə “Qalatasaray”a təklif edilib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin “Qalatasaray” klubu “Napoli” və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne ilə müqavilə imzalamağı düşünür.
İdman.Biz-in “Ajansspor”a istinadən məlumatına görə, 34 yaşlı futbolçu agentlər vasitəsilə İstanbul klubuna təklif olunub.
Mənbənin məlumatına görə, “Qalatasaray” yeni mövsüm üçün heyətini planlaşdırmağa davam edir və “Napoli” oyunçusu klubun hədəf siyahısına əlavə edilib. De Bruynenin “Napoli” klubu ilə müqaviləsi gələn yaya qədərdir.
De Bruyne ötən yaydan bəri “Napoli”də çıxış edir. O, İtaliya klubuna 10 mövsüm keçirdiyi “Mançester Siti”dən keçib. 2025/2026 mövsümündə belçikalı A Seriyasında və UEFA Çempionlar Liqasında 21 oyunda beş qol vurub və dörd məhsuldar ötürmə edib.
Baxış sayı:158
Bu xəbər 23 İyun 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















