Icma.az
close
up
RU
Keyfiyyətli sınaq imtahanları harada keçirilir? Ekspertdən abituriyentlərə MƏSLƏHƏT

Keyfiyyətli sınaq imtahanları harada keçirilir? Ekspertdən abituriyentlərə MƏSLƏHƏT

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hər bir abituriyent ali təhsil müəssisələrinə hazırlaşarkən ixtisas qrupuna uyğun olaraq 4 və ya 5 fənn, bəzən isə 5–6 fənn üzrə hazırlaşır. Bu prosesdə abituriyentin hazırlaşdığı mövzuların ayın sonunda mütləq sınaq imtahanı ilə yoxlanılması vacibdir. Bu, birmənalı şəkildə zəruridir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev abituriyentlərin sınaq imtahanlarında iştirak etməsinin vacibliyindən danışarkən bildirdi.

"Abituriyentlərin hansı sınaq imtahanlarına üstünlük verməsi məsələsinə gəldikdə isə, iki əsas sınaq daha məqsədəuyğun hesab olunur: OTK-nın sınaq imtahanları və "Güvən" nəşriyyatının təşkil etdiyi sınaqlar. Hazırda demək olar ki, bir çox təhsil müəssisəsi öz sınaq imtahanlarını hazırlayır. Lakin sınaq imtahanının hazırlanması da xüsusi bacarıq və peşəkarlıq tələb edir. Mütəxəssislər tərəfindən hazırlanan sınaqlar daha effektiv və qəbul imtahanına daha yaxın olur. Bu baxımdan OTK və "Güvən" nəşriyyatı özünü doğrultmuş, keyfiyyətli sınaqlar təqdim edən qurumlardır. Xüsusilə qeyd etmək lazımdır ki, OTK-nın sınaq imtahanları Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən hazırlanır", - deyə o, qeyd etdi.

Ekspertin fikrincə, abituriyentlər ay ərzində keçdikləri mövzular üzrə sınaq imtahanlarında iştirak etməli və həmin ay üzrə mövcud boşluqları müəyyənləşdirməlidirlər:

"Əgər hər hansı fənn və ya mövzu üzrə suallara düzgün cavab verə bilməyiblərsə, həmin səhvlər üzərində mütləq şəkildə işləməlidirlər. Çünki dərslərdə verilən nəzəri biliklər sınaq imtahanları zamanı praktik olaraq tətbiq edilir. Bu baxımdan sınaq imtahanları abituriyentin qəbul imtahanına real hazırlıq mərhələsidir və bu mərhələdən keçmək zəruridir. Ayda ən azı bir dəfə sınaq imtahanlarında iştirak etmək abituriyentlər üçün yalnız faydalıdır və heç bir mənfi təsiri yoxdur".

Müsahibimiz əlavə etdi ki, sınaq imtahanları nə qədər çox olarsa, abituriyent mövzuları bir o qədər yaxşı mənimsəyər və qəbul imtahanına daha hazır olar:

"Çünki imtahanda cavablandırılan suallar yadda qalır, cavablandırıla bilməyənlər isə üzərində işlənərək tamamlanır. Bu baxımdan sınaq imtahanları abituriyent üçün hərtərəfli faydalıdır.

Bununla belə, qeyd etmək lazımdır ki, bəzi passiv təhsil müəssisələri və tədris mərkəzləri mövcuddur və valideynlər bəzən reklama aldanaraq effektiv olmayan sınaqlarda iştirak edirlər. Bu səbəbdən daha çox tanınmış və etibarlı təhsil müəssisələrinin təşkil etdiyi sınaq imtahanlarında iştirak etmək tövsiyə olunur".

Xədicə BAXIŞLI 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri