Keyn: Oman körfəzindəki blokadaya ABŞ nin yeddi döyüş gəmisi cəlb olunub
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hazırda İranla əlaqəli ticarət gəmilərinin blokadası üzrə əməliyyat tapşırıqlarını yeddi ABŞ döyüş gəmisi yerinə yetirir.
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonda keçirilən mətbuat konfransında ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn bildirib.
O, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin mövqeyini göstərən xəritə təqdim edib. Onlar Oman körfəzində, Hörmüz boğazından şərqdə, Oman və İran sahilləri arasındakı xətdə yerləşir.
General bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri blokada başlayandan bəri İran limanlarından çıxan 13 gəminin qarşısını artıq alıb.
"Hazırda 13 gəmi əmrə əsasən geri dönmək barədə qərar qəbul edib", - deyə o bildirib və əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə hələ ki, heç bir gəminin göyərtəsinə qalxmaq lazım gəlməyib.
"Məcburi tədbirlər İranın ərazi sularında və beynəlxalq sularda həyata keçirilməyə davam edəcək", - Keyn vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 16 Aprel 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















