Oman ABŞ nin mesajlarını İrana çatdırıb
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Oman hakimiyyəti danışıqların birinci mərhələsi başa çatdıqdan sonra ABŞ-dən İran tərəfinə bir neçə mesaj çatdırıb.
Moderator.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani məlumat verib.
"Biz amerikalılara heç bir məktub göndərmədik, amma Omandakı dostlarımız ABŞ-dən bizə bəzi mesajlar ötürdülər və biz onları Tehranda öyrənəcəyik", - deyə o, Oman və Qətərə səfər etdikdən sonra İran dövlət televiziyasında bildirib.
Fevralın 6-da Omanda İran və ABŞ arasında nüvə proqramı ilə bağlı böhranın həlli ilə bağlı danışıqların yeni mərhələsi baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 11 Fevral 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















