Icma.az
close
up
RU
Khan Academy Düşərgəsi uğurla başa ÇATDI

Khan Academy Düşərgəsi uğurla başa ÇATDI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəmkir, Düyərli kənd – 2025 – Düyərli kənd 1 saylı tam orta məktəbində Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş Jalə Namazova tərəfindən həyata keçirilən "Khan Academy Düşərgəsi" layihəsi uğurla başa çatdı.

Redaktor.az xəbər verir ki, layihə Düyərli kəndində yaşayan 100 şagirdin riyazi biliklərini artırmaq və onlara müasir onlayn təhsil alətləri ilə tanış olmaq imkanı yaratmaq məqsədi daşıyırdı.

Layihə çərçivəsində şagirdlər "Khan Academy" platforması vasitəsilə öz profillərini yaratdılar və fərdi qiymətləndirmə testlərindən keçdilər. Gündəlik təlimlərdə iştirak edərək riyazi bacarıqlarını inkişaf etdirdilər. Bununla yanaşı, düşərgə iştirakçıları fərqli komanda oyunlarında və idman dərslərində də iştirak edərək, həm əyləncəli vaxt keçirdilər, həm də fiziki və sosial bacarıqlarını inkişaf etdirdilər. Bu fəaliyyətlər uşaqların həm komanda ruhunu, həm də liderlik və əməkdaşlıq bacarıqlarını gücləndirdi.

"Khan Academy Düşərgəsi", xüsusilə kənd yerlərində təhsil imkanlarının bərabərləşdirilməsinə dəstək məqsədi daşıyır. Riyaziyyat biliklərinin artırılması fərdi akademik uğurlar üçün olduğu qədər, gələcək sosial-iqtisadi inkişaf üçün də əhəmiyyətlidir. Layihə şagirdlərin müstəqil öyrənmə bacarıqlarını gücləndirərək, onları STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrində daha aktiv olmağa təşviq edir.

Bu təşəbbüs, texnologiyanın və fərqli tədris metodlarının təhsildə tətbiq edilməsinin müasir nümunəsidir. İdman və komanda oyunları ilə təhsilin vəhdəti uşaqların fiziki, zehni və emosional inkişafına müsbət təsir göstərmişdir.

Redaktor.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Fevral 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see555

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see431

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see337

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see326

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see302

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see295

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see258

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see241

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see206

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see202

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see193

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see191

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see189

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see188

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see186

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see178

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see177

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see176

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see170

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri