“Kiberdələduzlara qarşı diqqətli olun!” Polis tədbirlər keçirdi (FOTOLAR)
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Kiber üsullarla törədilən oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da gücləndirilməsi, vətəndaşlar arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Ağsu rayonunda polis əməkdaşları tərəfindən silsilə tədbirlər təşkil olunub.
"Unikal" xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eləcə də təhsil müəssisələrinin kollektivləri ilə maarifləndirici görüşlər keçirilib, internet resursları üzərindən törədilən cinayətlərlə bağlı onlara ətraflı məlumat verilib.
Həmçinin bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub. İzah olunub ki, özlərini bank əməkdaşı kimi təqdim edən şəxslərə inanaraq kart məlumatlarını onlara göndərməməli, sosial şəbəkələrdə dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar.
Vətəndaşlarımızın kiber üsullarla törədilən cinayətlərdən zərər görməməsi üçün bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 04 Fevral 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















