Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan liderlərinin Əbu Dabi görüşü həm regional, həm də qlobal sülhə töhfədir

Azərbaycan və Ermənistan liderlərinin Əbu Dabi görüşü həm regional, həm də qlobal sülhə töhfədir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Yeni dünya reallıqlarını nəzərə alan Azərbaycan postmüharibə dövründə sülh gündəliyi ilə yanaşı, yeni hərbi doktrinaya əsaslanaraq müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığı da uğurla davam etdirir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) növbəti işgüzar səfəri çərçivəsində həm Ermənistanın Baş naziri Nikol Paşinyan ilə geniş tərkibli görüş keçirərək iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri və ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəlməsi, həm də Azərbaycan və BƏƏ arasındakı strateji yaxınlığın və hərbi əməkdaşlığın ən mühüm rəmzlərindən biri kimi “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin keçirilməsi bunun əyani təsdiqidir. Başqa sözlə desək, Azərbaycan "hərb və sülh" paralelliyinə uyğun siyasət yürüdür.
Əliyev-Paşinyan görüşünün Əbu-Dabidə keçirilməsi BƏƏ-nin Cənubi Qafqazda sülh prosesinə real dəstəyinin göstəricisidir. Tərəflər bu görüş əsnasında Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər. Belə bir mühüm görüşün BƏƏ-nin paytaxtında keçirilməsi artıq Cənubi Qafqaz ölkələri ilə Yaxın Şərq və Körfəz ölkələri arasında regional sülh və əməkdaşlıq körpüsünün qurulduğunu göstərir. Bu kontekstdə Əbu-Dabi görüşünün Azərbaycan-Ermənistan normallaşma prosesinə əlavə təkan verəcəyi gözləniləndir.
Əbu-Dabidə Azərbaycan və BƏƏ hərbçilərinin “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin keçirilməsi isə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, qlobal sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Eyni zamanda, bu təlimlər yaşayış məntəqələrində, dağlıq və dəniz şəraitində terrorçuluğa qarşı mübarizə üzrə xüsusi əməliyyatların koordinasiyasını nəzərdə tutur və hər iki ölkənin ordusunun operativ əməliyyat-döyüş qabiliyyətini artırır. BƏƏ ilə bu cür geniş formatlı hərbi əməkdaşlığın qurulması artıq bu ölkənin də Azərbaycanın ən yaxın strateji tərəfdaşları sırasında yer aldığını göstərir.
Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin dünyada sülhün, tolerantlığın və multikulturalizmin təşviqindəki müstəsna xidmətlərinə görə nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı" (Zayed Award for Human Fraternity 2026) ilə təltif edilməsi isə dövlətimizin başçısının yürütdüyü sülh diplomatiyasına verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü həm regional, həm də qlobal sülhə töhfədir. Bu görüşdən sonra tərəflər arasında qarşılıqlı etimad daha da möhkəmlənəcək. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın sülh mövqeyi qlobal siyasi dialoqa töhfə verir və ölkəmizin beynəlxalq təşəbbüslərdə etibarlı tərəfdaş kimi qəbul edilməsinə zəmin yaradır.
Əlisahib Hüseynov
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Fevral 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see218

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see214

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see212

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see196

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see176

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see167

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see157

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see153

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see149

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see142

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri