Professor: İran siyasi qısqanclıqdan danışıqların İstanbulda keçirilməsinə imkan vermədi
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İranı hər zaman türklər idarə edib. Səlcuqlardan bu yana, belə olub. İranın hazırkı prezidenti cənab Pezeşkian da türkdür və bu, fars millətçilərində ciddi qısqanclıq yaradır”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev ABŞ və İran arasında keçiriləcək görüşün Tehranın tələbi ilə İstanbulda deyil, sonradan Omana salınmasının səbəblərindən danışarkən deyib.
C. Nuriyevin sözlərinə görə, Amerika-İran münasibətlərinin ən gərgin dövründə Türkiyə ortaya girib, vasitəçilik edib, nəhayət ABŞ və İranı diplomatiya masasında əyləşib problemlərin danışıqlar vasitəsilə həllinə razı salıb: “Bunun üçün prezident Ərdoğan ABŞ prezidenti Donald Trampla, iranlı həmikarı ilə danışıqlar apardı, türk diplomatiyası aktiv fəaliyyətdə oldu və s. Təsəvvür edin ki, bu böyük və ciddi işdən sonra İran elan etdi ki, ABŞ nümayəndələri ilə danışıqların İstanbulda keçirilməsini istəmir, görüşün Omanda keçirilməsini təklif edir. Sözsüz ki, İrandakı fars millətçiləri görüşün İstanbulda keçirilməsini istəmədi. Böyük ehtimalla bu, SEPAH və digər qüvvələrin təzyiqi olub. İranın ali dini lideri də bu işdə rol oynayıb”.
Professor əlavə edib ki, burada birinci məsələ kimi Türkiyəyə qısqanclıq götürülməlidir, bu, səbəbdən də farslar görüşün türk dövlətində keçirilməsini istəməyib: “Söhbət həm də siyasi qısqanclıqdan gedir. Bəli, türklərdən ehtiyat edirlər. Bilirlər ki, türklərin dövlətçilik beyni var. Eyni zamanda düşünürlər ki, bu prosesin uğurla başa çatdırılması bölgədə Türkiyənin nüfuz və əhəmiyyətini artıra bilər. Həmçinin tarix naminə sənədlərdə yazılacaq ki, filan zaman ABŞ İranı bombalamaq istəyirdi, ancaq Türkiyə işə müdaxilə edərək buna imkan vermədi, tərəfləri bir araya gətirdi və s. Amma fars millətçiləri bunu istəmədi”.
C. Nuriyev hesab edir ki, Türkiyə prezidenti Ərdoğan İranı üzləşdiyi böyük problemdən xilas edə bilərdi, amma İran bu fürsəti əldən verir.
Nuriyev Omanda keçiriləcək danışıqlarda müsbət nəticə əldə ediləcəyinə inanmır: “Əvvəla, Tramp tərəfindən irəli sürülən tələblər alçaldıcıdır. Danışıqlar Türkiyədə olsaydı, Ərdoğan bu tələblərin yumşaldılmasına nail ola bilərdi. Ancaq Omanda bu prosesin baş verəcəyi real deyil. Böyük ehtimalla danışıqlar istənilən nəticəni verməyəcək”.
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Fevral 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















