Icma.az
close
up
RU
Kibertalama ilə bağlı VACİB MƏLUMAT

Kibertalama ilə bağlı VACİB MƏLUMAT

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

DİN kiber talamalar üzrə vəziyyəti açıqladı: Hər bir vətəndaş diqqətli olmalıdır

Xarici kiber müdaxilələrlə 2024-cü ildə 16804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22.442.838) manatdan artıq vəsait talanmışdır. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, ötən il ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsul vasitələrlə saxta link-keçidlərlə 1027 fakt üzrə 2.043.896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1.196.786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598.048 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311.728 manat, bankamatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92.630 manat, oğurlanmış və itirilmiş kartdan 307 fakt üzrə 101.398 manat pul vəsaiti onlayn talanmışdır.  

İnternet resurslarında vətəndaşları aldatmaqla, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə 471 fakt üzrə 2.450.403 manat, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə bağlı 626  fakt üzrə 292.344 manat, telefon satışına görə 292 fakt üzrə 116.219, avtomobil satışına görə 100 fakt üzrə 121.640 manat, işə düzəldəcəyi vədi ilə 336 fakt üzrə 470.734 manat, kredit vədlərinə görə 501 fakt üzrə 139.600 manat, kirayə ev, avtomobil və digər xidmətlərə görə 343 fakt üzrə 82.370 manat olmaqla, digər üsul vasitələrlə 10000-dən artıq fakt üzrə müxtəlif məbləğlərdə pul vəsaitləri xaricdən idarə olunmaqla başqa-başqa xarici hesablara köçürülüb.

Hər bir fakt üzrə aparılan təhlillər və araşdırmalar göstərir ki, aşkar bilinən kiber talama cinayətləri vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib. Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını veriblər, şübhəli linklərə keçid ediblər.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlara çağırış edirik, şəxsi məlumatları, bank kartı ilə əlaqəli onlayn ödənişlər üzrə – mədaxil və məxarici həyata keçirərkən diqqətli olsunlar, şübhə yaradan bütün təkliflərə ehtiyatla yanaşsınlar, naməlum zənglərə, mesajlara cavab verməsinlər, şübhəli linklərə keçid etməsinlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sitat.info
archiveBu xəbər 05 Fevral 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri