Kiçik hadisələrə böyük reaksiya verməyinizin səbəbləri nələrdir?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Son dövrlər insanlar ən kiçik hadisələrə belə böyük reaksiyalar verməyə başlayıblar.
Əvvəllər adi hesab edilən vəziyyətlər belə indi böyük gərginlik və emosional reaksiyalar doğurur.
Sosial şəbəkələrdə hər gün rast gəlinən mübahisələr, gündəlik həyatda kiçik anlaşılmazlıqlara göstərilən sərt reaksiyalar bunu açıq şəkildə göstərir.
Maraqlıdı, dözümsüzlüyün artması insanın daxili təhlükəsizlik hissinin zəifləməsi sayılır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Ülkər Musayeva bildirib ki, çox vaxt bu cür reaksiyalar hadisənin özündən yox, ondan əvvəl yığılıb qalmış emosional yükdən qaynaqlanır:
“İnsan psixikası müəyyən həddə qədər gərginliyi saxlaya bilir. Uzun müddət ifadə olunmayan qorxu, qəzəb, məyusluq, güvənsizlik hissləri içəridə toplanır. Kiçik bir stimul isə artıq dolmuş sistemi boşaldan tetik nöqtəsinə çevrilir.
Yəni reaksiya real hadisəyə proporsional olmur, reaksiya keçmişdə yaşanıb, amma işlənməmiş duyğulara yönəlir. Bu baxımdan, dözümsüzlüyün artması təkcə əsəblilik deyil, çox zaman daxili təhlükəsizlik hissinin zəifləməsinin göstəricisidir”.
O qeyd edib ki, müasir dövrdə insanların psixoloji təhlükəsizlik hissinin zəifləməsi davranış və reaksiyalarda ciddi dəyişikliklərə səbəb olur:
“İnsan özünü psixoloji olaraq güvənli hiss etmədikdə nəzarəti itirmək qorxusu artır, qeyri-müəyyənliyə qarşı tolerantlıq azalır və ən kiçik dəyişiklik belə təhlükə kimi qavranılır.
Bu gün insanlar davamlı informasiya axını, sosial müqayisə, iqtisadi və emosional qeyri-sabitlik içində yaşayırlar. Bədən və zehin “təhlükə rejimi”ndə uzun müddət qaldıqda, sakitlik normadan çıxır, gərginlik isə norma olur. Belə bir fonda xırda hadisələr son damla effekti yaradır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:109
Bu xəbər 24 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















