Kiçik SES lər böyük həcmdə “təmiz” enerji verəcək
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Kəlbəcər rayonunda yeni istifadəyə verilən 3 kiçik su elektrik stansiyasında il ərzində 68 milyon kilovat-saaat elektrik enerjisi istehsal olunacaq. Bu barədə jurnalistlərə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin yaşıl enerji elektrik stansiyalarının baş mühəndisi Razim Qasımov məlumat verib.
Baş mühəndis deyib ki, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarında çalışanlar Kəlbəcər sakinləridir. Onun sözlərinə görə, Kəlbəcər rayonunda inşa olunmuş 3-8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyalarını su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb.
Bildirilib ki, müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə, təxminən, 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının iştirak ediblər.
Baxış sayı:78
Bu xəbər 26 Avqust 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















