Icma.az
close
up
RU
Avropa üçün “kilsə zəngi”...

Avropa üçün “kilsə zəngi”...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Yeni nizamda “köhnə qitə” hansı yeri tutacaq?

Növbəti mərhələ üçün siyasi gerçəkliklər, yeni şəkilləndirmə...

Siyasi mütəxəssislərin də etiraf etdikləri kimi, 2025-ci il dünya üçün yeni nizam vəd edir. Bu yeni nizama daxil olan və ya onu təşkil edən dövlətlər, siyasi gerçəkliklər, kataklizmlər, nəhayət yeni şəkilləndirmə növbəti mərhələyə keçid dövrünü yaşayır. Dünyanın dörd bir tərəfinə nəzər salsaq, sanki 80 ilə yaxındır qurulan hazırki nizam qaydaları dəyişməyə məhkum ediliblər - ölkələr siyasi ritorikadan hərbi ritorikaya inteqrasiya olunub, silahlar “modernləşmə” adı altında daha öldürücü xarakter daşımağa başlayıb, bölünənlər birləşmə, birləşənlər isə bölünmə qorxusu altındadır, yeni qlobal aktorlar meydana çıxmaq üçün fursət güdürlər, tarixi təsiretmə rıçaqları isə artıq işə yaramır. Bu “cizgilər” birlikdə yeni dövrə keçid mərhələsində yer kürəsinin təxmini “portreti”ni yaradır.

Yüz illikdən yüz illiyə...

Məsələyə fərqli rakurslardan yanaşma tələb olunur - siyasi analitiklər yeni dövrü təxminən belə təsvir edirlər:

- İqtisadi əməkdaşlıqlar siyasi ambisiyaların önünə keçəcək;

- Hüquqi prosesləri tənzimləyən ənənəvi beynəlxalq kodekslər “format” olunacaq;

- Dövlətlərarası münasibətlər daha çox ticari balansa söykənəcək;

- Qlobal maraqlar lokal maraqlara “uduzacaq” və s.

Təbii ki,  bütün bu arqumentlər səthi proqnozdan uzağa getmir, sadəcə olaraq 100 il öncənin dünyasının inkişaf mərhələlərinə diqqət yetirdikdə qarşıdakı yüzillik üçün pesrspektiv gözləntilərin eskizini formalaşdırmaq mümkündür. 100 il öncə böyük birliklər, imperiyalar, geniş sərhədlərə malik ölkələr, ittifaqlar, federal ərazi vahidləri aktual idisə, artıq günümüzün reallığında siyasi təsiretmə mexanizmləri “azlıqlar” üzərindən təşkil olunur. Bu amil böyük dövlətlər üçün “siyasi bəhanə”, xüsusi imtiyazlara malik təşkilatlar üçün “giriş kartı” sayılır.

“Bizdə” vəziyyət ... “Sizdə” vəziyyət... “Onlarda” vəziyyət...

Fokusu bir nöqtəyə cəmləsək, nələrin şahidi olarıq:

- Qərbdə ikitirəlik yaranıb: Avropanın tarixi avrosentrizm - anqlo sakson qarşıdurması yeni libasda ortaya çıxır. Bu dəfə Qərb ikili maraq üzərindən oyun qurmaqdadır. Səbəb isə məğlubiyyət ehtimalının əvvəlkindən daha çox olmasıdır...

- Şərqdə, xüsusilə Yaxın Şərqdə yenə də “səhra dumanı” tüğyan etməkdədir. 100 illərlə davam edən gərginliklər özünü xəritə üzərində məntiqi sonluğa çatdıra bilmir. Razılaşma tərəfləri üçün yaranan situasiya birmənalı deyil - burada həm coğrafi, həm dini, həm də mental (irqi) səbəblər əhəmiyyətli rol oynamaqdadır...

- Şərqdə vəziyyət nisbi, sakit, gərgin olaraq qalır. Nisbi vəziyyət daha çox Şərqi Asiya regionu üçün, sakit vəziyyət daha çox Mərkəzi Asiya üçün, gərgin vəziyyət isə daha çox Uzaq Şərq üçün spesifiklik daşıyır...

- Afrikanın yeni inkişaf tarixi formalaşa bilər - Qərbin imperialist maraqları bu qitəni tərk etdikcə, qitə dövlətləri özləri üçün yeni siyasi-iqtisadi inkişaf strategiyası müəyyənləşdirirlər. Təsadüfi deyil ki, 2024-cü ildə Ərəb liqasının və ya Afrika İttifaqının BMT TŞ-da təmsilçiliyi belə aktuallaşdırılıb...

- Amerika qitə olaraq ümumi nizam qaydalarından bir az kənarda görünür. Epizodik olaraq bəzi ölkələr yeni tarixi inkişaf proseslərində yer alırlar (məsələn, BRİKS təmsilçisi kimi Braziliya və s.). Təbii ki, qitənin siyasi-ictimai, hərbi və ticari “məkanda” ən real təmsilçisi var - ABŞ! Bu siyasi-iqtisadi güc yeni nizamın formalaşmasında özünəməxsus rol oynamaqdadır. Xüsusi qeyd edək ki, sözügedən yeni dünya nizamının yaranmasının məhz post-2025-ci ilə proqnozlaşdırılması sırf ABŞ ilə bağlı bir məsələdir

Avropa “brendi” iflasın eşiyində... 

Avropanın düşdüyü durum gün etibarı ilə daha “acınacaqlı” görünür. Başqa sözlə, yeni nizamda yer almaq üçün köhnə qitə daha çox səy göstərmək məcburiyyətindədir. Qitənin son 40 ildə əvvəl “iqtisadi”, sonradan isə “siyasi” pasportuna çevrilən Avropa İttifaqında vəziyyət heç də ürəkaçan deyil. Hələ ilin əvvəlindən dəfələrlə açıq kontekstdə “reanimasiya” vəziyyətində olduğu bildirilən Aİ haqda ilin sonunda məhz qurum üzvü ölkənin rəhbəri pessimist bir proqnoz səsləndirdi - Slovakiyanın baş naziri Robert Fitso Avropa İttifaqının yaxın 6 ay ərzində dağılma təhlükəsi ilə üzləşə biləcəyini dedi. Bu məntiqi irəli sürən Baş nazir cəmisi altı ay öncə silahlı sui-qəsdə məruz qalmışdı. Maraqlıdır ki, il ərzində Fitsonun dəfələrlə Aİ ilə bağlı indiyə qədər səslənməyən fikirlərinin şahidi olmuşduq - Aİ-nin sifarişlə işləməsi (hər mənada - həm sifariş verir, həm də sifariş qəbul edir) faktı Fitso tərəfindən etiraf olunmuşdu. Bu etirafı daha da gücləndirən bəzi Qərb siyasətçiləri Avropa Parlamentinin lobbi təşkilatlarının əlində oyuncağa çevrildiyini, Avropa Komissiyasının öz mənafeyi çərçivəsində fərqli standartlara uyğun mövqe nümayiş etdirməsini, korrupsiya ittihamlarının daha da intensivləşməsini, son iki ildə nümayiş olunan siyasi səbatsızlığın səbəb olduğu iqtisadi gərginlikləri, “demokratiya yolu” adı altında cinayətkarların, separatçıların dəstəklənməsini arqumentlərlə ortaya qoyurlar.

Qitə üçün gizli formul...

Yeni nizamın formalaşma ehtimalından az öncə Avropa özünə “gəlmək” üçün hətta xəritəsinə “əl gəzdirməyə” belə hazır idi. Ukrayna başda olmaqla bəzi ölkələrin birliyə daxil olması üçün verilən “təkliflər” bunu sübut edir. Bütün prosedur qaydaları ayaq altına alınmışdı - səbəb isə, Aİ rəhbərliyinin Bayden administrasiyasına xoş gəlmək istəyindən qaynaqlanırdı. Bu təhlükəli oyunlar isə artıq işə yaramır - hətta yeni mərhələdə Aİ bunun üçün “cavab verməli olan”a çevrilmə təhlükəsi yaşayır:

- Öndəkilərin (Fransanın) fitvası ilə nisbətən zəiflərə (Macarıstana) qarşı edilən haqsızlıqlar, hüquq pozuntuları, iqtisadi repressiyalar;

- “Sanksiya iddiası” ilə ölkələrin gücünü zəiflətmək və nəticə etibarı ilə qitənin ümumən güc mərkəzi olmaq şansını azaltmaq;

- Qlobal müharibə yaratmaq həvəsi və təhriki...

Avropa gələn ilin yanvarında köhnə illə birgə yolun və köhnə nizamın da sona çatacağının fərqinə bir az gec vardı - nəticə etibarı ilə Avropa Ordusu iddiaları ortaya çıxdı, Mərkəzi Avropada gedən müharibənin sonlandırılması üçün paytaxtlara “zənglər edildi”, son 2 ildə ilk dəfə alternativ fikirlər səsləndi, hətta etiraz olundu - Avropanın yeni nizamda yer tutması üçün vacib şərtlər əslində bu formulda gizlənirdi...

Xilas planı...

Nəticə etibarı ilə, Avropa hazırda “ziyanın yarısından qayıtmaq” üzrədir və ya bunun üçün çaba göstərir. Çünki Yaxın Şərqdə formalaşan yeni reallıqlar “köhnə qitə” üçün də “qızıl kilsə zəngini” səsləndirir. Toqquşan maraqları uzlaşan mənafelərə transfer etməyin zamanının gəldiyinin fərqindədirlər. Yaxın Şərqdən köç etmiş mühacirlərin qayıdışı fonunda (artıq bununla bağlı real qərarlar qəbul olunur) Avropa yəqin ki, özü üçün həm də yeni standartlar müəyyənləşdirəcək. İllərlə “müttəfiqin” kölgəsində yaşanan “təhlükəsiz həyat” sona çatmaq üzrədir. Qitə özünün yeni iqtisadi diversifikasiyasını aparmalıdır. Əks halda...

Bunun üçün real şans belə yaranıb. Məsələn, Aİ-nin çöküşünün əsas səbəbkarlarından biri sayılan Paris arxa plana keçirilir. Əslində, Aİ yeni inkişaf mərhələsini yaratmaq üçün buna daha əvvəldən “imza” atmalı idi. Avropa Komissiyasındakı korrupsiya faktları rəsmiləşir - bu da öz növbəsində Avropanın öz “yaralarından” xilas olmaq cəhdi kimi dəyərləndirilir. Növbəti mərhələ, qitədə sabitliyin əldə olunmasıdır ki, bunun da üzərində real işlər aparılır. Aİ-yə “elektroşok” sayılacaq addımlar isə təcili surətdə atılmalıdır:

- Yeni iqtisadi layihələrə qarşı qısqanc və korporativ baxışlar dəyişməli, daha loyal və əməkdaşlıq ruhunda münasibətlərə keçid edilməlidir;

- Qurum daxilindəki siyasi fikir ayrılığını siyasi repressiyaya çevirməməli;

- Neokolonialist mahiyyətdən əl çəkilməsi üçün həmin ölkələrə təsir edilməli;

- Yanaşmalar beynəlxalq hüquq, ədalət və konvensiyalara uyğun şəkildə tənzimlənməlidir. Bu, Avropanın xilas planı da sayıla bilər...

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri