Icma.az
close
up
RU
Kilsədə taxt savaşı: Paşinyanın planı II Qaregini sıxışdırdı, katolikos əks hücuma keçdi (ŞƏRH)

Kilsədə taxt savaşı: Paşinyanın planı II Qaregini sıxışdırdı, katolikos əks hücuma keçdi (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yepiskopların iclasının çağırılması qərarı II Qareginin son proseslər fonunda narahatlıq keçirməsindən qaynaqlanır”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin dekabrın 10-12-də yepiskoplarla toplantı keçirmək təşəbbüsünü şərh edərkən deyib. 

Ekspert qeyd edib ki, hökumət-kilsə mübarizəsi son mərhələyə qədəm qoymaqdadır:

"Erməni Apostol Kilsəsi ətrafında məsələ həddən çox ciddiləşib. Kilsədə dəyişikliklə bağlı aparılan proses yekun mərhələyə yaxınlaşır. Çünki seçki ərəfəsi bu məsələ həll olunmalıdır. Ermənistan hökuməti kilsəni Rusiya tərəfdarı olan qüvvələrin önündə görür.

Ona görə də kilsəyə qarşı mübarizə prosesini yekunlaşdırmaqda israrlıdır. Bu yaxınlarda arxiyepiskop və yepiskoplardan ibarət 10 nəfərlik dəstə II Qaregini istefaya çağırdı. Bu isə artıq kilsə rəhbərliyinə qarşı mübarizənin təkcə kənardan yox, həmçinin daxildən də başladığını göstərən bir prosesdir”. 


Həmsöhbətimiz katolikosun öz xoşuna istefa verəcəyinə inanmır: 

"Belə vəziyyət II Qaregin və onu dəstəkləyən qüvvələrin daha böyük  narahatlığına səbəb olub. Qaregin olduqca inadkar adamdır. Baxmayaraq ki, onun mövqeyinə ciddi zərbələr dəyib.  Bununla belə, onun öz xoşuna istefa  verməsi şübhəlidir. Belə bir düşüncə var ki, Qaregin hələ "dişlərini” göstərməyə çalışacaq və öz xoşuna getməyəcək. Ona görə də özünü müdafiə etmək üçün yepiskopların yığıncağını çağırır”. 

Amma bununla belə həmsöhbətimiz bu kimi addımlarla Qareginin öz mövqeyini  möhkəmləndirə biləcəyini düşünmür: 

"Çətin ki, bu baş versin. Hər halda hökumət də bu məsələdə çox inadlıdır. Paşinyan da kilsəyə qarşı mübarizədə uğurlu taktika seçib. Əvvəl kənardan təsir göstərməyə çalışdısa, indi isə prosesi daxildən, yepiskop və arxiyepiskoplar üzərindən aparır. Ona görə də Paşinyanın mövqeyi getdikcə güclənir”. 

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan katolikos II Qareginə qarşı apardığı mübarizəni artıq kilsə daxilinə ziddiyyətlərin yaranması istiqamətinə yönəldə bilib. Belə ki, 10-a yaxın arxiyepiskop və yepiskop II Qaregini istefaya səsləyib. Bu fonda deyəsən II Qaregin də əks-hücuma keçmək qərarına gəlib. Belə ki, 4-7 noyabr tarixlərində Ali Ruhani Şuranın iclasında aparılan müzakirələrdən sonra, bütün ermənilərin katolikosu 10-12 dekabr tarixlərində Erməni Apostol Kilsəsində yepiskopların iclasını çağırmaq qərarına gəlib. Bildirilir ki, iclasda son hadisələr və kilsə daxili işlərlə bağlı məsələlər müzakirə edilməlidir. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see191

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see124

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see121

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see119

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri