Icma.az
close
up
RU
Kim daha güclüdür?

Kim daha güclüdür?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aİ-nin səfir təyinatında çətin seçim

Brüsseldə ən böyük siyasi savaşlar həmişə göz önündə baş vermir. Bəzən bir neçə diplomatın qapalı iclasda söylədiyi cümlə, hər hansı bir namizədin siyahıdan çıxarılması və başqasının onun yerinə gətirilməsi Avropa İttifaqının daxilindəki güc balansı haqqında uzun bəyanatlardan daha çox şey deyir.

Bu dəfə söhbət Afrikanın Sahel regionundan gedir. Daha dəqiq desək, Aİ-nin həmin bölgə üzrə xüsusi nümayəndəsinin vəzifəsindən. Əvvəlcə sözügedən posta Sloveniyanın sabiq xarici işlər naziri Tanja Fajonun gətiriləcəyi gözlənilirdi. O, uzun illər Sloveniya siyasətində və diplomatiyasında fəaliyyət göstərib və Aİ-nin xarici siyasət mexanizmlərinə yaxşı bələddir. Hətta Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas onu namizədlər arasında birinci sıraya çıxarmışdı. Amma hər şey bir anda dəyişdi.

Sloveniyanın baş naziri Janez Yanşa Fajonun namizədliyinə qarşı çıxdı. Onun hökuməti keçmiş xarici işlər nazirinin namizədliyinin irəli sürülməsi prosesini və Fajonun bu vəzifəyə uyğunluğunu şübhə altına aldı. Bu səbəbdən Sloveniya daxilindəki siyasi qarşıdurma bir anda Avropa İttifaqının diplomatik gündəliyinə daşındı. Fajonun sözlərinə görə, Yanşa Avropa Xalq Partiyasındakı siyasi əlaqələrindən istifadə edərək onun namizədliyinin qarşısını almağa çalışıb. Yanşa isə bu ittihamları qəbul etmədi. Ona görə də Kaya Kallas çətin seçim qarşısında qaldı.

Aİ-nin xarici siyasət rəhbəri bir tərəfdən dəstəklədiyi namizədi qorumaq, digər tərəfdən isə üzv dövlət ilə açıq qarşıdurmaya getməmək arasında seçim etməli idi. Sonunda Fajonun namizədliyi geri çəkildi. Onun yerinə danimarkalı diplomat Birgit Naygard Markussen gətirildi. Markussen Afrika üzrə kifayət qədər geniş diplomatik təcrübəyə malikdir. O, Burkina-Fasoda Danimarkanın səfiri olub, Avropa Xarici Fəaliyyət Xidmətində Afrika məsələləri üzrə rəhbər vəzifəsində çalışıb və Aİ-nin Afrika İttifaqındakı səfiri kimi fəaliyyət göstərib.

Yəni, bu, kağız üzərində kifayət qədər məntiqli təyinatdır. Problem o idi ki, Markussenin namizədliyi Aİ üzv dövlətlərinin səfirləri tərəfindən müzakirə edilərkən Fransa və İspaniya daxil olmaqla bir sıra ölkələr proseslə bağlı narazılıq bildirdi. Paris və Madrid xüsusilə namizədliyin dəyişdirilməsinin necə və hansı prosedurla həyata keçirildiyi ilə bağlı suallar qaldırdı. Fransa tərəfi prosesdə kifayət qədər şəffaflığın olmadığını və qərarın üzv dövlətlərlə lazımi məsləhətləşmələr aparılmadan formalaşdırıldığını düşünürdü.

İspaniya da oxşar mövqe nümayiş etdirdi. Madrid yeni namizədin qiymətləndirilməsi üçün vaxtın kifayət qədər olmadığını və belə mühüm diplomatik vəzifələr üzrə qərarların daha şəffaf şəkildə qəbul edilməli olduğunu vurğuladı.

Maraqlıdır, Aİ-nin xarici siyasət aparatında yüksək vəzifələrə kim və necə qərar verir? Bu məqamda Brüsselin siyasi mexanizminin həssas nöqtəsi üzə çıxır. Hər halda, Fransanın və İspaniyanın reaksiyasını da sırf Fajona verilən və ya verilməyən dəstək kimi yozmaq düzgün olmazdı. Paris və Madridin əsas narahatlığı prosesin özüdür. Əgər Aİ-nin ən mühüm diplomatik postlarından biri üzrə namizəd son anda dəyişdirilirsə, üzv dövlətlərin təbii olaraq bunu sorğulamağa haqqı var. Çünki sabah eyni hal başqa bir vəzifə üçün də baş verə bilər. Üstəlik, söhbət adi bir diplomatik postdan getmir.

Sahel bu gün Avropa üçün strateji əhəmiyyət daşıyan regionlardan biridir. Mali, Burkina-Faso və Niger kimi ölkələrdə Fransanın ənənəvi təsiri ciddi şəkildə zəifləyib. Regionda Rusiya ilə əlaqəli təhlükəsizlik strukturlarının nüfuzu artıb, Qərbin təsir imkanları isə əvvəlki səviyyədə deyil. Belə bir şəraitdə Aİ-nin Sahel üzrə xüsusi nümayəndəsi Avropanın Afrikanın ən problemli regionlarından biri ilə münasibətlərinin qurulmasında mühüm rol oynayır. Ona görə də bu vəzifəyə kimin gətirilməsi Brüsseldə düşündüyümüzdən daha böyük əhəmiyyət daşıyır.

Prosesdə Kaya Kallasın siyasi portreti də rol oynayır. Estoniyalı rəhbər Rusiya məsələsində sərt mövqeyi ilə tanınır və Avropanın şərq cinahının təhlükəsizlik narahatlıqlarını Aİ gündəliyində ön plana çıxaran siyasətçilərdəndir. Onun rəhbərlik etdiyi xarici siyasət xidmətində Şimali və Şərqi Avropadan olan diplomatların çəkisinin artması Qərbi Avropanın bəzi paytaxtlarında diqqətlə izlənilir.

Fransa isə Aİ-nin xarici siyasətində öz ənənəvi çəkisini qorumağa çalışan əsas dövlətlərdəndir. İspaniya da son illərdə Aİ institutlarında və xüsusilə xarici siyasət sahəsində daha böyük rol oynamağa can atır. Deməli, məsələ artıq namizədin dəyişdirilməsini aşır. Daha dəqiq desək, Brüsseldə Şimal və Şərqi Avropa ilə Qərbi və Cənubi Avropa arasında təsir balansının necə dəyişdiyinə dair mənzərə yaranır.

Avropa Parlamentinin sloveniyalı deputatı Matsyaj Nemets məsələyə daha geniş prizmadan yanaşır. Onun fikrincə, söhbət sadəcə Kaya Kallasın Fajonla bağlı verdiyi qərardan və ya bir diplomatik vəzifənin kimə həvalə edilməsindən getmir: “Əsas məsələ Avropa İttifaqının siyasi sistemində böyük siyasi ailələrin malik olduğu təsir imkanları və bu imkanlardan hansı məqsədlərlə istifadə edilməsidir. Sloveniya daxilindəki siyasi qarşıdurmanın Brüsselə daşınması və nəticədə yüksək səviyyəli Aİ vəzifəsinə namizədin dəyişdirilməsi Avropa siyasətində siyasi təsir mexanizmlərinin nə dərəcədə həlledici olduğunu göstərir.

Əgər Avropa Xalq Partiyası Janez Yanşanın Sloveniyadakı siyasi mübarizəni Avropa səviyyəsinə çıxarmasına dəstək verirsə və ya buna göz yumursa, bu, həmin siyasi ailənin özünü müdafiə etdiyi Avropa dəyərləri ilə bağlı ciddi suallar yaradır. Çünki Avropa İttifaqında siyasi rəqabətin demokratik prinsiplər, institusional qaydalar və şəffaflıq çərçivəsində aparılması əsas dəyərlərdən biri kimi təqdim olunur”.

Sonda bütün tərəflər özlərinə görə haqlı hesab edilir. Məsələn, Kaya Kallas deyə bilər ki, o, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri kimi ən uyğun namizədi seçmək hüququna malikdir. Janez Yanşa isə ölkəsinin siyasi mövqeyini müdafiə etdiyini bildirə bilər. Fransa və İspaniyaya gəldikdə, Aİ-də belə həssas qərarların üzv dövlətlərin iştirakı və şəffaf prosedur əsasında qəbul edilməsinin vurğulanması təbiidir. Hüquqi baxımdan Brüssel də özünü müdafiə edir. Aİ-nin hüquqşünasları xüsusi nümayəndə vəzifəsinə namizədin mütləq şəkildə öz ölkəsinin hökumətinin dəstəyinə malik olmasının tələb edilmədiyini bildirirlər. Onda bu qənaətə gəlinir ki, Brüseeldə hüquqi boşluqdan çox siyasi problem mövcuddur.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri