“Kimə salam verirdim qardaşının toyuna çağırırdı” VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Elnur Məmmədov bir müddət öncə toylara getməyəcəyi ilə bağlı açıqlamasına aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Afaqla onlarla”da danışıb.
Elnur bildirib ki, bunun səbəbi onu dost-tanışın tez-tez məclislərə dəvət etməsi olub:
“Bir gün efirdə bezdim dedim ki, toya-bayrama getmirəm. Rütbəli insanlar məni gördülər, dedilər ki, ailəmdə toy olsa, gəlməzsən? Dedim, siz də eşitmisiniz ki, toya getmirəm? Gedirəm, onu niyə demişdim? Kim mənə salam verirdi, bacısının, qardaşının toyuna çağırırdı. Başa sala bilmirdim ki, evimə apardığım çörək oxumağımdan gəlir. Biznesmen, dövlət işçisi, iqtisadçı, deputat deyiləm ki, maaşım olsun.
Elə tanışlarım var idi ki, ildə beş dəfə uşaqlarının məclisinə çağırmaqdan utanmırdılar. Mən isə ildə beş dəfə onların məclisinə gedib oxumaqdan utanırdım.
Onlara başa sala bilmirdim ki, ailəmi bununla saxlayıram. Efirdə dedim. Bir-iki adam da çəkib hamıya göstərdi ki, Elnur heç yerə getmir”.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 03 Mart 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















