Icma.az
close
up
RU
“Kiminsə əlində hədiyyə görsəm, polisə xəbər edəcəyəm”: 14 fevralın görünməyən üzü

“Kiminsə əlində hədiyyə görsəm, polisə xəbər edəcəyəm”: 14 fevralın görünməyən üzü

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 “Sevgililər günü” adətən sevgi və romantikanın simvolu kimi qəbul edilir.

Ancaq bu günün hər kəs üçün xoş emosiyalar oyatdığını söyləmək olmaz. Sosial mediada nümayiş etdirilən "mükəmməl" münasibətlər, cəmiyyətin yaratdığı gözləntilər və kommersiya təzyiqləri insanlara psixoloji təsir edə bilər. Subay insanlar özlərini təcrid olunmuş hiss edə, münasibətdə olanlar isə bu günlə bağlı yüksək gözləntilər səbəbindən stress keçirə bilərlər.

Bəs, 14 fevral həqiqətən sevgi günüdürmü, yoxsa sosial təzyiqlərin gizli mənbəyi?

Münasibətlər üzrə mütəxəssis, psixoloq Elnarə Kərimova bununla bağlı Yenisabah.az-a danışıb. Ekspert bildirib ki, adətən  bayramlar, əlamətdar günlər insanların özünə kənardan baxdığı günlər olur:

“Bu günlərdə insanlar daha çox özü, həyatı, yaşamı, itirdikləri, qazancları barədə düşünürlər. 14 fevralı mahiyyətinə görə xüsusi əlamətdar gün kimi qəbul etməsəm də, bu tarixin insanların davranışına, düşüncəsinə müəyyən qədər təsir etdiyini və bu təsirin hər il artdığını təxmin edirəm. Məsələn, sosial şəbəkələrdə son günlər “Kimi şəhərdə 14 fevralda əlində hədiyyə paketi ilə gedən görsəm, polisə bomba ilə bağlı müraciət edəcəyəm” zarafatı dolaşır. Əslində, bu, təkcə zarafat deyil, insanların düşüncələrini zarafatla demək xüsusiyyətinin təzahürüdür”.

Psixoloq qeyd edib ki, sosial şəbəkədə paylaşınları görüb keçmək, özənməmək daha məqsədəuyğundur:

“Fikir vermisinizsə, tənha yaşayan insanlar bayramlarda, əlamətdar günlərdə evdən  çıxmaq istəmir, çünki evdən kənarda xoşbəxt görünən insanlar arasında öz yalnızlığını daha dərindən dərk edəcəklərini düşünürlər. Məsələn, qədimlərdə övladı olmayan qadının yanında başqa qadınlar övladları barədə danışmazmış, bunun ona pis təsir edəcəyini düşünürmüş. Yəni bu, həm ənənə, həm  də mənəviyyata bağlı məsələdir. İndi isə həyat demək olar ki, böyük ölçüdə sosial şəbəkələrdən ibarətdir, orada isə əksər şeylər təqdim olunduğu kimi deyil. İnsanlar orada yaşadıqları yox, daha çox yaşamaq istədikləri həyatı sərgiləyirlər. Bu isə ətrafa psixoloji təsir göstərir və mən hətta deyərdim ki, sanki insanların psixologiyasını belə yöləndirmək üçün sosial şəbəkələrdən istifadə edilir.  Odur ki, orada gördüyünüz heç nəyə özənməyin, maraqlıdırsa, sadəcə baxın və keçin”.

E.Kərimova oxuculara maraqlı tövsiyə də verib:

“O ki qaldı insanın belə günlərdə gördüklərinin onun psixologiyasına təsirinə, bu mümkündür. Amma belə düşünün, əgər siz gül xoşlayırsınızsa, özünüzə gül alın, bunu kimsədən gözləməyin. Yəni sizi xoşbəxt edəcək heç nəyi başqasının insafına buraxmayın”.

​​​​​​"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri