Icma.az
close
up
RU
Kimlərin gəlirinə vergi güzəştləri tətbiq olunacaq? 75 faiz...

Kimlərin gəlirinə vergi güzəştləri tətbiq olunacaq? 75 faiz...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi Məcəlləsinə” təklif edilən dəyişikliklər müzakirə edildi və qəbul olunaraq plenar iclasa tövsiyə edildi. Dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Vüqar Bayramov

Onun sözlərinə görə, layihəyə əsasən, proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiq olunacaq:

“Yəni, VOEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən 2025-cü ildən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək. Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o gəlirindən gələn ildən etibarən 600 manat deyil, cəmi 150 manat vergi ödəyəcək. Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur.

Yeni qaydalar mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur. Bu qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see196

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see162

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see123

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri