Kino Agentliyi bu filmlərə maliyyə ayırır
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ilk dəfə təşkil olunan “Birgə film istehsalına dəstək müsabiqəsi”nin 2026-cı ilin III rübünü əhatə edən mərhələsi başa çatıb.
ARKA-dan Bakıvaxtı.az-a bildirilib ki, Bədii Keyfiyyətə Nəzarət Komissiyası 5 şirkət tərəfindən təqdim edilən layihələri qiymətləndirərək onların maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, “Nasreddin Production” MMC-nin “Parallax” (Azərbaycan, Estoniya, Finlandiya, Latviya, Litva), “Eloğlu Şirkətlər Qrupu”nun “Kapitan” (Azərbaycan, Türkiyə, Özbəkistan), “Adrenalin Brothers”ın “Saxta sevgili” (Azərbaycan, Banqladeş, Qazaxıstan) və “Navis”in “Aloha Prestij” (Azərbaycan, Türkiyə, Bolqarıstan) filmlərinin hər birinə 200 min manat, “Meh-Film” MMC-nin “Yalanın məharəti” (Azərbaycan, Türkiyə) filminə isə 300 min manat ayrılıb.
Paralel olaraq, Kino Agentliyi oktyabrın 1-dən etibarən IV rüb üzrə müraciətlərin qəbuluna başlayıb. Müraciətlər ARKA-nın rəsmi internet səhifəsi və ya “MyCulture” vahid şəxsi kabineti vasitəsilə həyata keçirilir.
Yeni mərhələdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstan prioritet ölkələr sırasındadır. Bu dövlətlərlə ortaq tarixi hadisələr, ictimai xadimlər, uşaq filmləri, adət-ənənələr və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən layihələrə üstünlük veriləcək.
Xatırladaq ki, müsabiqənin əsas məqsədi xarici kino şirkətləri ilə əməkdaşlığı genişləndirmək, birgə film istehsalını stimullaşdırmaq və yerli müstəqil prodüser mərkəzlərinin rəqabət qabiliyyətini artırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 02 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















