Kino startapları üçün şans │ FOTOLAR
Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tədbir çərçivəsində mentorların köməyi ilə öz layihələrini inkişaf etdirən komandalar yekunda münsiflər heyətinin qarşısında təqdimatla çıxış ediblər. Komandaların çıxışlarını və layihə ideyalarını ARKA-nın baş direktorunun müavini, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktor vəzifəsini icra edən Qurban Primov, rejissor, prodüser Kamran Qasımov və rejissor Rafiq Hacıyev dəyərləndiriblər.
“Animafilm” komandası "Oyanış" layihəsi ilə yarışmanın qalibi seçilib. Bütün qaliblər diplom və xüsusi mükafatlarla təltif olunublar.
“Filmaton”da seçilən ilk 5 komanda yaradıcı inkubasiya proqramına qoşularaq, mentor dəstəyi ilə öz layihələrinin üzərində işləməyə davam etmək imkanı əldə edib.
Qeyd edək ki, oktyabrın 5-dən "Yaradıcı Kino İnkubasiya Proqramı"nın yeni mərhələsi başlayıb. Kino sahəsində rəqəmsal məhsul və ya startap ideyası olan komandalar proqrama qoşula bilərlər. Hər iki istiqamət üzrə iştirakçılar 4 ay ərzində mentorluq və ixtisaslaşmış təlimlərdən faydalanacaq, ofis dəstəyi əldə edəcək, film sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları qazanacaq və proqramın sonunda ortaq "Demo Day" tədbirində öz layihələrini təqdim edəcəklər. İnkubasiya Proqramına qoşulmaq üçün oktyabrın 20-dək müraciət etmək olar.
Bu mövzuda digər xəbərlər:İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir Fotolar
13 May 2025 20:48
Berlində Azərbaycan Kino Günləri keçirilib FOTOLAR
16 Fevral 2026 11:24
Daşkəsəndə milli kino seansı keçirildi Fotolar
22 Avqust 2026 20:03
Qarabağ üçün mühüm şans
19 Dekabr 2024 11:58
Rusiya üçün son şans
07 Avqust 2025 10:48
Baxış sayı:145
Bu xəbər 05 Oktyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















