Icma.az
close
up
RU
Kinoda süni intellektdən istifadəyə icazə verilib

Kinoda süni intellektdən istifadəyə icazə verilib

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Nüfuzlu "Oskar" mükafatını təqdim edən münsiflər heyəti kinoda süni intellektdən istifadəyə icazə verib. Bununla ABŞ Kino Sənətləri və Elmləri Akademiyası öz qaydalarında dəyişiklik edib.
Reyting.az
xəbər verir ki, hər il keçirilən "Oskar" kino mükafatının təqdimetmə mərasimində iştirak edənlər, müsabiqədə səsvermə hüququna malik olan münsiflər heyəti kinematoqrafiyada generativ süni intellektdən tam istifadə ilə bağlı mübahisələrə son qoyublar. Bu məsələ müzakirəyə çıxarılandan sonra isə yekdil qərar qəbul etməklə, müasir kino sənayesində generativ süni intellektdən istifadə təsdiqlənib.
Kino Akademiyasında da etiraf ediblər ki, belə bir vasitə özlüyündə bəzi qeyd-şərtlərlə olsa belə, yenə də nüfuzlu film mükafatı almaq şanslarına təsir göstərməyəcək.
Akademiyanın açıqlamasında deyilir ki, bir filmin yaradılmasında istifadə olunacaq generativ süni intellektə, digər rəqəmsal vasitələrə gəlincə, onların effektliyi və fərqliliyi nominasiya almaq şansını qətiyyən artıra bilməz, yaxud da, əksinə, azaltmayacaq. Çünki Akademiya filmi fərdin yaradıcılıq prosesinə verdiyi töhfəni nəzərə almaqla, o cümlədən yüksək peşəkarlığı önə çəkməklə qiymətləndirəcək.
Dünya kinosunda, eləcə də Hollivud kino sənayesində generativ süni intellektdən istifadə ilə bağlı məsələni şərh edən "The New York Times" nəşrinin də qeyd etdiyi kimi, bundan sonra rejissorlar təşkilatın tələblərinə uyğun olaraq, filmin yaradılması prosesində süni intellektdən istifadə haqqında əvvəlcədən məlumat verməlidirlər. Qəzet bunun tam əleyhinə olmadığını, lakin kinoda süni intellektdən istifadə ilə bağlı şərtlər daxilində mütləq "əlaqədar təşkilata hesabat" verilməsini sənət məhdudiyyəti kimi qiymətləndirib.
Akademiyanın yenilənmiş qaydalarına daha bir məsələ əlavə olunub. Yeni qərara görə, artıq "Oskar" mükafatını təqdimetmə mərasimində iştirak edəcək bütün münsiflər heyətinin üzvləri yalnız nominasiyada nəzərdə tutulmuş filmlərə baxdıqları halda yekun səsverməyə qatıla bilmək hüququna malik olacaqlar.
Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Aprel 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri