Kipr klubu Qarabağ ın legionerindən əl çəkmir Onun üçün qışda təklif irəli sürəcəklər
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ”ın futbolçusu Emmanuel Addaini hazırda israrla istəyən komanda APOEL-dir.
Sportal.az saytına verilən məlumata görə, hələ mövsümün əvvəlində Addaini transfer etmək istəyən Kipr klubu onun Çempionlar Liqasındakı performansından sonra fikrində daha da qətiləşib.
Nikosiya təmsilçisi 24 yaşlı vingeri qışda heyətinə qatmaqda israrlıdır. APOEL qanalı üçün “Qarabağ”a rəsmi təklif göndərəcək və istədiyi təzminatı ödəyəcək.
Addainin Azərbaycan çempionu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Qeyd edək ki, Emmanuel “Bamako”(Mali), “Bobiqni”(Fransa), “Alkorkon”(İspaniya) klublarında oynayıb.

Erməni kilsəsi Qarabağ “çörəyindən” əl çəkmir
13 İyun 2025 16:20
“Qarabağ” afrikalı futbolçudan əl çəkmir ÖZƏL
23 Sentyabr 2025 10:01
Kipr klubu “Qarabağ”ın legionerinə təklif göndərdi
10 Yanvar 2025 21:58
“Əl Hilal” Osimhendən əl çəkmir
16 İyun 2025 12:33
London klubu fransalının transferindən əl çəkmir
24 Fevral 2025 20:50

