Kirayə mənzil mexanizminə maraq artıb: Müqavilələrin sayı yüksəlib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
Ötən il 1871 kirayə müqaviləsi rəsmiləşdirilib, bu il isə 925 müqavilə daha çox bağlanıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov məlumat verib.
A. Zeynalov qeyd edib ki, kirayə mənzil mexanizminə maraq böyükdür, bu, həm vətəndaşların müraciətlərinin, həm də bağlanan müqavilələrin sayında özünü göstərir. O bildirib ki, mexanizmdən istifadə üçün müəyyən tələblər mövcuddur.
“Kirayə mənzillər yalnız Azərbaycan vətəndaşlarına təqdim olunur, müraciət edən şəxsin yaşı 60-dan yuxarı olmamalıdır, vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalı və rəsmi gəlirə malik olmalıdır. Bu tələblərə cavab verən vətəndaşlar müraciətlərini elektron formada edə bilərlər. Vətəndaşların yalnız gücləndirilmiş elektron imza sertifikatı əldə etməsi kifayətdir; onlar öz elektron kabinetlərinə daxil olaraq müraciətlərini formalaşdıra bilirlər. Sistem tərəfindən vətəndaşlara növbəlilik əsasında avtomatik görüş günləri təyin olunur”, - deyə Aslan Zeynalov vurğulayıb.
Bakıda vətəndaşların qəbulu və məlumatlandırılması 2 saylı Kommunal Xidmət Mərkəzində, Sumqayıtda isə “ASAN Xidmət” mərkəzində həyata keçirilir. Müraciətlər tam avtomatlaşdırılıb və qiymətləndirmə prosesi 5 gün ərzində başa çatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 25 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















