Icma.az
close
up
RU
Marşrut avtobuslarında yeni ödəniş sistemi vahid sistemə yol açacaqmı?

Marşrut avtobuslarında yeni ödəniş sistemi vahid sistemə yol açacaqmı?

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 dekabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Bakı şəhərində “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam aktivləşdirilib. Bu yenilik ödəniş zamanı yaranan gecikmələrin və sıxlığın azalmasına kömək edə bilərmi? Həmçinin, gələcəkdə digər avtobus daşıyıcıları və şəhər nəqliyyatında vahid ödəniş sisteminə keçid üçün hansı imkanlar yaradır?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, artıq sərnişinlər üçün bir neçə ödəniş variantı mövcuddur: əvvəlki plastik “BakıKart”, “QR bilet”, indi isə NFC kartlar, “Apple Pay” və “Google Pay”. Bu müxtəlif ödəniş üsulları bir növə bağlılığı azaldır və sərnişinlər üçün seçim imkanı yaradır.

Ekspertin sözlərinə görə, paytaxta gələn turistlər əvvəllər milli valyuta alıb “BakıKart” əldə etməli idilər ki, bu problem artıq aradan qalxır: “Sıxlıq və tıxaclara təsirinə gəlincə isə, ödəniş üsullarının çeşidliliyi avtobusların daha rahat və sürətli hərəkətinə imkan yaradır, amma bu yalnız ödəniş sisteminin özü ilə həll olunmur. Avtobuslarda validasiya – sərnişinlərin ödəniş etməsinin yoxlanması hələ də vacibdir. Nəzarətçilər müəyyən dayanacaqlarda sərnişinləri yoxlaya bilər, ödəniş etməyənlərə qarşı isə sərt cərimələr tətbiq olunur. Bu praktika dünyada geniş istifadə olunur”.

Ekspert, həmçinin əlavə edir ki, qonşu Gürcüstanda bu sistem 2022-ci ildən tətbiq olunur, Avropanın bir çox şəhərlərində isə illərdir işləyir.

Gələcəkdə sistemin inkişafı üçün vacib məqamlar:

-Hər qapıda sərnişin ödənişinin yoxlanması (validasiya)

-Nəzarətçilərin təmin edilməsi

-Günlük və aylıq bilet paketləri

-Güzəştli qrupların ödənişi

-Tranzit vaxtlarının təyin edilməsi

Bu addımlar ictimai nəqliyyatın cəlbediciliyini artırır və vətəndaşların maliyyə xərclərinin optimallaşmasına birbaşa təsir göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri