Kişdə qarı yara yara məktəbə getdilər VİDEO
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkəmizdə son iki gündə yağan qar nəticəsində yaranan problemlər fonunda maraqlı hadisələr də yaşanıb.
Bizim.Media xəbər verir ki, Şəkinin Kiş kəndində yağan qarın hündürlüyünün çox olması səbəbindən uşaqlar məktəbə getməkdə çətinlik çəkiblər. Bunu görən valideynlərdən biri məktəbə qədər öndə gedərək bellə yolu açıb və uşaqlara köməklik göstərib.
Atanın bu hərəkət ilə uşaqlar həm dərsdən qalmayıb, həm də qar basmış yolu asanlıqla gedə biliblər. Görüntüləri təqdim edirik:
Leyla Vəfadar Bizim. Media, Mərkəzi Aran bürosu

