Icma.az
close
up
RU
Kişi evində dostları ilə içki məclisi qurdu, arvadına şiddət göstərdi

Kişi evində dostları ilə içki məclisi qurdu, arvadına şiddət göstərdi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda 1970-ci il təvəllüdlü Elman qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xalidəyə (adlar şərtdir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Saleh Hüseynzadə küçəsində baş verib. 
Elman yaşadığı nömrəsiz evdə ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı arvadı Xalidənin üz və bədən nahiyəsindən qəsdən şillə, yumruq ilə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2008-ci ildə Xalidə ilə ailə həyatı qurub və həmin nikahdan 3 övladı var: “Özüm fəhləlik ilə məşğul oluram. Təsadüfi hallarda içki qəbul edirəm. Xalidə ilə 2025-ci ilin fevralın 2-dən bəri yola getmirik. Xalidə mənim başqası ilə münasibətdə olduğumu iddia edir. Lakin, mən belə hallara qətiyyən yol vermirəm. Xalidə cari ilin fevral ayının əvvəllərindən qonşuluqda yaşayan əvvəldən tanımadığım qadının evinə gedib, qadının mənimlə münasibətdə olduğumu bildirib. Lakin, elə söhbət yoxdur. Xalidə olmayan söhbətləri danışdığı üçün qonşuluqda yaşayan qadında öz növbəsində bu məsələni ərinə danışıb. Nəticədə əri ilə birgə bizim  ünvanına yaxınlaşdılar. Həmin şəxslər bizim evimizə gələn zaman Xalidə qorxusundan yaşadığımız evdən balaca qızımı götürərək qaçdı. Lakin, bir müddət sonra geri qayıtdı. Xalidə bir neçə həftə olar ki, evə ərzaq məhsulları ilə gəlirdi. Mən də pullarımızın olmadığını nəzərə alaraq ona ərzaqları hansı pul ilə aldığını sual etdim. Xalidə isə cavab olaraq şirkətlərdən birində işləyən şəxsin bizim ailəmizə yardım etdiyini bildirdi. Lakin mən buna inanmıram və kiminsə əvəzsiz qaydada yardım  edəciyini də düşünmürəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum haqdisə günü axşam saatlarında yaşadığı evə içki və kolbasa alaraq gəlib: “Mən özüm üçün yaşadığım evdə olan zaman bir qədər içki qəbul etdim. Həmin zaman Xalidə ilə mübahisə etməyə başladım. Xalidə mənim üzərimə əsassız şərlər atıb. Mən buna qəzəbləndim və axşam 21 radələrində yaşadığım evin yataq otağında Xalidənin üzərinə hücum edərək ona bir neçə dəfə şillə və yumruq zərbəsi vurdum”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xalidənin sözlərinə görə, həyat yoldaşı Elman içki aludəçisidir, tez-tez içki içir və evdə əsassız söz-söhbətlər salır, içki içərkən özündə olmur, onu döyür və təhqir edir: “Elman evə içki içmək məqsədilə dostlarını gətirir və onların yanında məni təhqir edir. Ailə həyatı qurduqları gündən bəri evimizdə aramlıq yoxdur. Evdə 3 qız uşağım var. Elman içki içdikdən sonra evdə söz-söhbət salır və buna görə də qız uşaqlarının da psixologiyaları pozulur”.
Zərərçəkmiş şəxs qeyd edib ki, şirkətlərdən birində işləyən Məmməd adlı şəxs var və həmin şəxs onların ailəsinə maddi yardımlar edir: “Elman hər dəfə içki içdikdən sonra mənim Məmməd adlı şəxs ilə münasibətdə olduğumu deyir və buna görə məni döyür. Məlum hadisə günü Elman evdən çıxaraq mağazaya getdi, bir kolbasa və  1 araq alaraq evə gəldi. Axşam saat 21 radələrində Elman içki təsiri altında mənimlə mübahisə yaratdı. Buna görə üzərimə hücum edərək yaşadığımız evin yataq otağında üz və bədən nahiyəmdən bır neçə dəfə şillə, yumruq zərbələri endirdi”. 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri