Kişi kostyumları Azərbaycana Çindən 14, Türkiyədən isə 29 manata gətirilib Siyahı
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 27 min 544 ədəd kişilər üçün trikotaj kostyumlar gətirilib və bu məhsulların ümumi idxal dəyəri 390,38 min dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, idxal olunan kişi trikotaj kostyumlarının 1 ədədinin orta gömrük dəyəri təxminən 14,2 dollar (24,1 manat) olub.
Qeyd edək ki, idxalda əsas pay Türkiyənin üzərinə düşür. Bu ölkədən gətirilən məhsullar həm miqdar, həm də məbləğ baxımından siyahıya başçılıq edir. Digər ölkələr arasında isə Çin, Özbəkistan və Avropa ölkələri yer alır.
Məlumat üçün bildirək ki, ən ucuz trikotaj kostyumlar Şri-Lanka və Banqladeşdən, ən bahalı məhsullar isə İtaliya və Hindistandan idxal edilib.
Azərbaycana kişi trikotaj kostyumları aşağıdakı ölkələrdən idxal olunub:
Türkiyə – 18 375 ədəd (1 ədədin orta gömrük dəyəri 28,5 manat);
Çin – 8 194 ədəd (13,7 manat);
Özbəkistan – 800 ədəd (5,1 manat);
Pakistan – 60 ədəd (14,2 manat);
Banqladeş – 54 ədəd (3,5 manat);
Bolqarıstan – 22 ədəd (420,4 manat);
Şri-Lanka – 19 ədəd (2,7 manat);
İtaliya – 8 ədəd (986 manat);
Hindistan – 7 ədəd (641,1 manat);
ABŞ – 5 ədəd (61,2 manat).
Elnur Əli
Baxış sayı:14
Bu xəbər 12 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















