Icma.az
close
up
RU
Kişilər illərlə dözüb heç kimə demirlər ki, AYIBDIR Həkim gerçəkləri AÇIQLADI

Kişilər illərlə dözüb heç kimə demirlər ki, AYIBDIR Həkim gerçəkləri AÇIQLADI

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Cəmiyyət arasında formalaşmış ümumi qənaətə görə, psixi pozuntular daha çox qadınlarda müşahidə olunur. Lakin bir sıra statistik araşdırmalar bu fikri şübhə altına alır və bildirir ki, əslində bu cür pozuntulara kişilər arasında daha çox rast gəlinir. 

Bununla belə, bəzi mənbələr bu yanaşmanı qəbul etmir və qadınların depressiya, təşviş pozuntusu kimi problemlərlə daha çox qarşılaşdığını qeyd edir. Bəs bu mövzuda həqiqət haradadır – psixi pozuntular doğrudan da kişilərdəmi daha çox müşahidə olunur, yoxsa qadınlardamı?

“Yeni Sabah”a açıqlama verən psixiatr Azad İsazadə məsələ ilə bağlı vacib nüanslara aydınlıq gətirib: Dördpendirli pizza

“Əvvəlcə biz öz aramızda terminləri dəqiqləşdirməliyik ki, nəyi nəzərdə tuturuq. Psixoloji pozuntu və psixi pozuntu arasında fərq var. Psixi pozuntu el dilində desək dəlilikdir. Dəlilik çox da cins fərqi olmayaraq, dünya statistikasına əsasən 10-15 faiz insanlarda rast gəlinir. 

Bu baxımdan kişi və qadınlar arasında gözəçarpan fərq yoxdur. Sadəcə ölkəmizə nəzərən götürsək, psixiatriyada kişi şöbələrinin sayı daha çoxdur. Biz nəzərə almalıyıq ki, alkoqol və narkotik vasitələrin təsiri altında kişilərdə psixi pozuntular yaranır.  Həmçinin, xanımlarda psixi problemlər ortaya çıxanda kişilər bunu özləri həll edir. Ancaq xanımlar bu cəhətdən əlacsız qalırlar deyə onları xəstəxanaya yerləşdirirlər. Eyni zamanda kişilərdə psixi pozuntular zamanı bu özünü qarşı tərəfə şiddət tətbiq edərkən göstərir.

Depressiya, təşviş, həyəcan kimi problemlər psixoloji sıraya aiddir. Bu istiqamətdə isə fərq sadəcə ondadır ki, qadınlar kişilərə nisbətən psixoloqa daha rahat müraciət edə bilirlər. Kişilər bu kimi məsələlərdə əziyyət çəksələr də dözməyi seçirlər”.

A.İsazadə qeyd edib ki, Azərbaycanda, ümumilikdə isə post-sovet məkanında kişilər psixoloqa daha az müraciət edirlər:

“Ona görə də statistikada  qadınlar çoxluq təşkil edir. Amma reallıqda problemlərə baxanda kişilərin daha ağır formada bunlarla rastlaşdığından əmin ola bilərik. Kişilər illərlə dözürlər, heç kimə demirlər ki, ayıbdır. Adətən belə düşünürlər: mən boyda kişi xeylağı problemi həll edə bilmirəm deyə kiməsə müraciət edirəm. Müraciət etmək fikrinə gələndə isə vəziyyət olduğundan daha ağırlaşır və həll yolları da bir o qədər azalır.

Xanımlar daha emosional olduqları üçün duyğularını tez büruzə verir və içlərində boğmurlar. Hansısa stressli vəziyyətdən sonra ağlamaq insana müsbət təsir edir və rahatlaşdırır. Ağlamaq kişilər arasında ayıb sayılır. Evdə yas düşəndə belə onlar öz gözyaşlarını nümayiş etdirmirlər”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyul 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri