Icma.az
close
up
RU
Qadınlar daha çox qısqanır, yoxsa kişilər? PSİXOLOQ AÇIQLADI

Qadınlar daha çox qısqanır, yoxsa kişilər? PSİXOLOQ AÇIQLADI

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Qısqanclıq problemi demək olar ki, kişi və qadın münasibətlərində ən böyük problemlərindən biridir.

Bəs qadınlarla kişilərdə qısqanclıq eyni olurmu? Ümumiyyətlə münasibətlərdə qısqanclıq olmalıdırmı?

Avtosfer.az-ın məlumatına görə, bu barədə "Redaktor.az"a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, qısqanclıq münasibətin normal halı kimi qəbul edilir:

"Amma qısqanclığın patologiyası paranoyadır. Qısqanclığın səviyyəsi şəxsin həyata baxışından asılıdır. Qadınlarda qısqanclıq emosional formada olur. Qadınlar münasibət zamanı digər qadınlara və ya partnyorlarının davranışlarına daha çox diqqət yetirə bilərlər. Kişilərdə qısqanclıq isə mühafizə etmək üzərində formalaşır. Hər iki tərəfdə güvən problemi ola bilər. Bəzən münasibətlərdə qısqanclığın olması sevgi və diqqət göstəricisi kimi qəbul edilir. Çox və ya əsassız qısqanclıq münasibətə zərər verir".

Psixoloq əlavə etdi ki, qısqanclıqla edilən zorakılıq və ya təhdidlər qanunvericilikdə cinayət kimi qiymətləndirilir.

"Özünə güvənməyən insanlar daha çox qısqanclıq yaşayırlar. Öz dəyərinin aşağı olması qısqanclığı artırır. Keçmişdəki münasibətlərin uğursuzluğu və ya aldatma kimi travmalar qısqanclıq hisslərini gücləndirir. Münasibətdə düzgün və açıq ünsiyyətin olmaması emosional fonda problemlərə səbəb olur. Münasibətlərin sağlam və uzunmüddətli olması üçün duyğuları açıq və səmimi paylaşmaq vacibdir. İnsanlar münasibət qurduqda, münasibətlərinin sərhədlərini birlikdə formalaşdırmalıdır. Sivil formada ayrılmağı öyrənməlidirlər. Zorakılıqla münasibət olmur, cinayət olur. Ayrılmaq da münasibətin bir hissəsidir. İnsanlar ayrılmaq ehtimalının reallığını unutmamalıdır. Ayrılmağı bacaran insanla münasibət qurulmalıdır. Münasibətlərin tənzimlənməsi üçün psixi sağlamlıq mütəxəssislərinə, təmizlənməsi üçün isə aidiyyəti dövlət qurumlarına və ya hüquq mühafizə orqanlarına müraciət edilməlidir", - deyə Rövşən Nəcəfov bildirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Oktyabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri