Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Kişilər: nə geyinir, necə geyinir?.. II YAZI

Kişilər: nə geyinir, necə geyinir?.. II YAZI

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birinci yazımızda müasir dövrümüzdə qadınların geyimi barədə danışdıq və təəssüflə vurğuladıq ki, bu gün milli geyimləri ən çox assimilyasiyaya uğrayan xalqlar içərisində yerimiz heç də aşağı tərəf deyil, yuxarı başdır. Yüzilliklər boyu qoruyub saxladığımız dəyəri assimilyasiyanın qoynuna bu qədər asanlıqla necə ata bildik? Dəyişdirdik, özgələşdirdik, özümüzə bənzəməyən bir formaya saldıq. Geyimlə bağlı söhbətimizi davam etdirək və bu dəfə də kişilərdən danışaq...

Kişilər bəzək-düzək sevməzdi...

Qədim dövrlərdən danışmırıq. O dövrdə qadın geyimləri kimi, kişi deyimləri də tamamilə fərqli idi. Elə ki, sovetləşdik, qədim dövrlərdən az-maz saxlaya bildiyimiz geyimlər də dəyişdi. Bizim olanlarla heç bir əlaqəsi olmayan geyim formalarına keçdik. Elə həmin vaxtlardan indiyədək olan dövrə nəzər salaq.

Kişi deyiləndə həmişə gözlərimiz önündə geyimi-keçimi qadınlardan çox fərqli-sadə olan insan canlanıb. Onlar bəzək-düzək sevməzdi, sadə şalvar-pencəklərə, köynəklərə üstünlük verərdilər. Hər fəslə uyğun geyimləri, ayaqqabıları, üst geyimləri həm də dəbli olardı. Lakin bu dəb yalnız parçaların rəng tonlarında, paltarların tikilişində azacıq dəyişiklərlə müşahidə edilirdi.

Zaman-zaman kişiləri bu paltarlarda gördüyümüz üçün onlar haqqında təəssüratlarımız da belə idi ki, kişilər bəzək-düzək sevmirlər, sadəliyə üstünlük verirlər. Bu paltarlar onlara həm də gözəl yaraşırdı. Əslimiz-kökümüz ağa, bəy olduğu üçün baxmayaraq ki, yeni bir ictimai-iqtisadi formasiyaya qədəm qoymuşduq, kişilər geyimləri ilə yenə də ağa, bəy kimi görünürdülər. Və bu görünüş də kişilərin spesifik obrazını yaradaraq yaddaşımıza hopdurmuşdu.

İllər ötdükcə...

İllər ötdükcə, qadınların geyimi kimi, kişilərin də geyimi dəyişməyə başladı, yaddaşımızdakı o obrazlardan əsər-əlamət qalmadı. Nəinki geyimi, saç quruluşu, ayaqqabıları, hətta corabları da dəyişdi. Onlar da qadınlar kimi zinət əşyalarından istifadə etməyə başladılar. Əvvəlki kişi geyimləri qalsa olsa da, lakin bunları çox az adam geyindi. Müasir kişi geyimləri sadə geyimləri assimilyasiya edib, yerində ağalıq etməyə başladı.

Qadınlar şalvar geyinməyə başlayandan sonra kişilər şalvarlarında dəyişiklik etdilər ki, arada bir fərq olsun. Beləliklə, kişilərin şalvarları gündən-günə daralmağa başladı. Dar şalvarlar daha çox gənclərin seçimi oldu. O dərəcə daraldı ki, geyinib-çıxarmaqda olmazin əziyyəti ilə üz-üzə qaldılar, lakin “dəbdir”,- deyib bu çətinliklərə sinə gərməyə də özlərində güc tapdılar.

Hələ qarşıda nələr olacaqdı, bunu isə zaman göstərəcəkdi...

Həmin zaman gəlib çatdı

Aradan uzun illər ötmədi, bir də gördük ki, kişilərin geyimi də qadınlarınkı kimi ta müasirliyin zirvəsinə qalxıb. Dizləri, budları cırıq cins şalvarlar, şortlar, geniş, qolu olmayan köynəklər, müxtəlif formada olan, həm də rəngbərəng ayaqqabılar, rəngli, taykeş corablar və sair “dəbli” geyimlər əvvəlki sadə geyimlərin yerini aldı. Xüsusilə gənc oğlanların seçimi olan bu cür geyimlərdə onları görərkən hər dəfə yaddaşımızda qalan kişi obrazı gözlərimiz önünə gəldi və öz-özümüzə sual verdik ki, biz hara gedirik, görəsən?

Lakin gediləcək yol qalmayıb ta. Bu geyim-keçimlə yolun sonundayıq artıq. Çünki təsəvvürümüzə belə gətirməzdik ki, gün gələcək, kişiləri bu geyimlərdə görəcəyik. Cırıq şalvarlarda, şortlarda, geniş köynəklərdə... Saçları boyanmış, uzadılmış, hörülmüş vəziyyətdə... Corablarının hərəsi bir rəngdə, qollarında bilərzik, boyunlarında boyunbağı, qulaqlarında sırğa...

Bu kimi geyimləri dəb hesab edənlər, dəblə ayaqlaşdığını düşünənlər çoxdur. Lakin “kişinin kişi geyimi olmalıdır” barədə fikirləşən az adam qalıb indi.

Dəbin qurbanı da oluruq

İstədiyimiz kimi görünmək çox halda bizə sərf etmir. Çünki dəb xətrinə geyindiyimiz paltarlar sağlamlığımızı əlimizdən alır. Məsələn, kişilər dar şalvar geyinməklə özləri üçün problemlər yaradırlar. Həkimlər deyir ki, kişi yumurtalıqlarının normal fəaliyyəti üçün aşağı temperatur şəraiti olmalıdır. Dar şalvar geyinərkən kişi yumurtalıqları bədənə daha çox sıxılır və temperatur yüksəlir. Buna görə də vaxtaşırı kəmər boşaldılmalı, dar, xüsusən də sintetik şalvarlardan imtina edilməlidir.

Kişilərə qalstuklarını çox bərk sıxmaq, köynəklərinin yuxarı düymələrini bağlamaq məsləhət deyil, çünki bu zaman qanın beyinə axını çətinləşir. Ateroskleroz zamanı beyinin qanla təchizatı zəif olduqda bu, xüsusən təhlükəlidir. Həmçinin dar ayaqqabı geyinmək də insan sağlamlığının düşmənidir. Dar ayaqqabı damarların varikoz genişlənməsinə, barmaqların əyilməsinə, döyənəklərin əmələ gəlməsinə səbəb ola bilər.

Geyim mentalitetdir

Belə bir deyim var: insanı geyimi ilə qarşılayıb, ağlı ilə yola salarlar. Gözəl deyimdir. Lakin bu deyimin müasir dövrümüzlə əlaqəsi bir qədər zəifdir. Ona görə ki, indi bu deyimi bütün insanlara aid etmək olmaz. Çünki əksəriyyətimizin geyimi haqqımızda öz sözünü deyir. Qalır az sayda insan ki, onlar da bəli, geyimi ilə qarşılanıb, ağlı ilə yola salına bilər.

Geyim indiki cəmiyyətimizin gündəmdə olan ən aktual məsələlərindən biridir. Çünki əvvəlki illərin geyimləri ilə müasir geyimlər arasında böyük fərq var. Amma unutmamalı olduğumuz bir məsələ də var ki, geyim həm də mentalitetimizdir. Bir zamanların milli geyimləri ilə bugünkü geyimləri yan-yana qoyanda aralarındakı fərq artıq yerdən göyə qədər olan məsafə qədərdir. Biz nə etmişik? Həmin geyimləri qoruyub saxlamaq əvəzinə, onları “müasirləşdirə-müasirləşdirə” bugünkü vəziyyətə gətirib çıxarmışıq. Geyimlərimizin bu hala düşməsinin səbəbkarları hər birimizik. Onları istehsal edənlərdən tutmuş alıcısı olan hər birimiz günahkarıq. Çünki bu elə bir məsələdir ki, ona müdaxilə etməyə, münasibət bildirməyə hər birimizin haqqı var.

Çoxsaylı “dəbli” geyimlərlə mentalitetimizə zərbə vurmamalıyıq. Gözlərimizi açıb cəmiyyətə daha yaxşı baxmalı, övladlarımızın nə geyindiklərinə diqqət etməliyik. Düşünməliyik ki, bu geyimlər bizim cəmiyyətimizi hara aparır. Sabah gec olacaq, elə bu gün düşünmək lazımdır...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri