Icma.az
close
up
RU
Kişilərə bu yaşda futbol oynamaq təhlükəlidir Yeni Gündəm

Kişilərə bu yaşda futbol oynamaq təhlükəlidir Yeni Gündəm

Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.

Xəbər verildiyi kimi, S.Hacıyev AMEA-nin yerləşdiyi binanın həyətindəki “AZFAR Group”a məxsus stadionların birində futbol oynayarkən səhhəti anidən pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından vəfat edib.

S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Bu olay yaşından asılı olmayaraq, əksər kişilərin idman növü kimi çox sevdiyi futbolla bağlı bəzi suallar ortaya çıxarır. Əsas sual da budur ki, hansı yaşdan sonra futbol oynamaq məsləhət deyil və həyat üçün təhlükəli ola bilər? Onu da qeyd edək ki, zaman-zaman gənc futbolçular arasında da oyun zamanı qəfil dünyasını dəyişmə halları olub.

Yəni futbol bu qədər təhlükəli bir oyundur?

Mütəxəssislər qeyd edir ki, futbol kimi fiziki intensivlik tələb edən idman növləri sağlamlığa ümumilikdə, faydalı olsa da, ürək-damar xəstəlikləri riskini artıran bəzi hallara diqqət yetirmək vacibdir. Xüsusilə, gənc idmançılar arasında qəfil ürək tutmasından ölüm hallarının artması bir sıra amillərlə əlaqəlidir. Bunlar arasında genetik ürək xəstəlikləri, düzgün olmayan qidalanma, yüksək fiziki yüklənmə və lazımi tibbi müayinələrin olmaması yer alır.

Kardioloqlar hər yaşda, xüsusilə 40 yaşdan sonra müntəzəm ürək müayinələrinin vacibliyini vurğulayır. Gənclərdə genetik ürək problemləri riskini müəyyən etmək üçün erkən müayinələr də tövsiyə olunur. Ailədə ürək xəstəlikləri olanlar üçün bu müayinələr 30 yaşdan başlaya bilər.

Orta yaşlı və yaşlı insanlar üçün həddindən artıq intensiv fiziki fəaliyyət tövsiyə edilmir. Bu yaş qrupunda həftədə 150 dəqiqə yüngül və ya orta intensivlikdə fiziki fəaliyyət (məsələn, gəzinti və üzgüçülük) daha təhlükəsizdir. Hər hansı intensiv idman növü ilə məşğul olmaq istəyənlər əvvəlcə həkimlə məsləhətləşməlidirlər.

Artıq çəki, yüksək qan təzyiqi və siqaret kimi faktorlardan uzaq durmaq ürək sağlamlığını qorumağa kömək edir. Futbol oynamaq istəyən şəxslər, xüsusilə 35 yaşdan sonra, bu risk faktorlarını diqqətlə izləməli və müvafiq həyat tərzi seçməlidirlər.

Yəni düzgün tibbi nəzarət və balanslı fiziki fəaliyyətlə futbol və digər idman növlərini sağlamlıq üçün təhlükəsiz etmək mümkündür.

Tanınmış kardioloq, professor İdris Xəlilov qəfil ürək ölümlərinin səbəbləri haqda Musavat.com-a açıqlamasında deyib ki, qəfləti ürək ölümü 1 – 2 saat ərzində qəfildən, gözlənimədən baş verən, adətən mədəciklərin fibrilasiyası nəticəsində ürəyin dayanmasıdır.

Professor qəfil ürək ölümlərini belə qruplaşdırıb.

Bu və ya digər ürək xəstəliyi təyin olunmuş insanlar. Adətın, 80% hallarda ürək damarlarınln qismən və ya tam daralması zamanı müşahidə edilir.

Ürər xəstəliyi gizli olan və müayinə olunmamış insanlar. Belə şəxlər həkimə getməyi xoşlamır, “bankə”, “zəli”…  və s. “müalicəyə” üstünlük verir.

Ürək xəstəliyi gizli olan, və aşkarlanması mümkün olmayan insanlar. Bəzi ürək xəstəlikləri (əsasən ürəyin ritm və keçirilik sistemin patoloğiyası zamanı) tranzitor – daimi olmayan sindromlar ola bilir və tam kardioloji check – up zamanı görünmür (Tranzitor səyirici aritmiyalar, həyati təhlükəli ventrikular ekstrasistolalar, Bruqada sindromu və s.)

4. Praktiki tam sağlam olan insanlar. Bəzən ciddi fuziki və emosional yükləmə zamanı  qəfil ürək ölümləri halları (adətən, idmançılarda) rast gəlinir.

Yaşa görə qəfil ürək ölümləri dərəcələri üzrə ümumi statistika isə belədir:

Uşaqlar və 18 yaşdan aşağı):

Nadir hallarda – ildə təxminən 100.000-ə 1-2 haldır.

Səbəblər: anadangəlmə ürək xəstəlikləri (məsələn, hipertrofik kardiomiopatiya, uzun QT sindromu və s.)

Gənclərdə- 18-35 yaş:

Qəfil ürək ölümləri bir qədər artaraq ildə 100.000-ə 2-5 hadisəyə qədər yüksəlir.

Orta yaşlı böyüklər (35-65 yaş):

QÜÖ insidenti əhəmiyyətli dərəcədə yüksəlir, ildə 100.000-ə 50-100 hal arasında dəyişir.

Səbəblər: Əsasən koronar arteriya xəstəliyi, miokard infarktı və ya ürək çatışmazlığı s. Yaşlı böyüklər (65 yaşdan yuxarı).

Ən yüksək insident bu qrupda müşahidə olunur, ildə 100.000 nəfərə 150-200 hadisədən çox.

Cins fərqlilik:

Kişilər bütün yaş qruplarında, xüsusən də orta yaşlı və daha yaşlı populyasiyalarda qadınlara nisbətən daha çox  qəfil ürək ölümləri tezliyinə malikdirlər.

Səbəbləri: yaşlanma, anormal həyat tərzi, zərəli adətlər, piylənmə, fiziki hərəkətsizlik.

Tibbi şərtlər: Hipertoniya, diabet və ya əvvəlki infarkt və s.

Ailə tarixi: Ailədə  qəfil ürək ölümləri  və ya genetik pozğunluqların olması.

Qəfil ürək ölümlərinin profilaktikası:

Doğuşdan, 40 yaşdan sonra, yaşdan asılı olmayaraq hər hansı bir ürək, qarın və kürək  nahiyəsində diskomfort olarsa mütləq kardioloqa müraciyər etmək zərurudir!

Qəfil ürək ölümlərinin  azaldılması səylərinə ürək xəstəliyinin erkən aşkarlanmasının təşviqi, genetik şərtlərin skrininqi, risk faktorlarının idarə edilməsi və yüksək riskli xəstələrdə implantasiya edilə bilən kardioverter-defibrilatorların (ICD) istifadə edilməsi daxildir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 16 Noyabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri