Icma.az
close
up
RU
Kişinin ev işləri görməsi fədakarlıq yox, təbii öhdəlikdir Psixoloq

Kişinin ev işləri görməsi fədakarlıq yox, təbii öhdəlikdir Psixoloq

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Müasir ailə modelində ev işlərinin bölüşdürülməsi artıq yalnız kömək anlayışı ilə ölçülmür. Psixoloji baxımdan sağlam münasibətlərdə məsuliyyətin paylaşılması tərəflər arasında hörmət, bərabərlik və əməkdaşlıq hissini gücləndirir. Buna görə də mən ev işlərini yalnız qadının öhdəliyi kimi görmürəm. Kişinin ev işlərində iştirak etməsi kömək yox, ailə çərçivəsində ortaq məsuliyyətin üzərinə düşən payı yerinə yetirmək deməkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova kişilərin ev işlərində xanımlarına kömək edib-etməməsi mövzusundan danışarkən bildirdi.

Onun sözlərinə görə, ailənin psixoloji iqlimi göstərir ki, iş bölgüsü balanslı olduqda tərəflər daha az yorulur, emosional tükənmə azalır və ünsiyyət daha harmonik olur:

"Xüsusilə işləyən qadınların üzərinə həm peşə, həm ev yükünün düşməsi gərginliyi artırır. Kişinin ev işlərində aktiv olması qadında dəyər görmə, dəstək və əməkdaşlıq hissini gücləndirir ki, bu da münasibətin keyfiyyətinə birbaşa təsir edir. Eyni zamanda uşaqlar üçün də bu davranış modelidir".

Psixoloq əlavə etdi ki, uşaq ata və ananın işləri bölüşdürdüyünü gördükdə bu, gələcəkdə onda sağlam gender rolları və əməkdaşlıq mədəniyyəti formalaşdırır.

"Əgər uşaq ev işlərini yalnız qadının gördüyünün şahidi olursa, onda şüur altında qeyri-bərabər rol bölgüsü norma kimi kodlana bilər. Qısacası, ev işlərində iştirak kişidən fədakarlıq deyil, ailə həyatının təbii bir hissəsi kimi qəbul olunmalıdır. Bu, həm münasibətin keyfiyyətini artırır, həm də övladlara daha sağlam sosial model təqdim edir. Harmoniyalı ailə əməkdaşlıq üzərində qurulur və bu əməkdaşlıq hər iki tərəfin gündəlik həyat qayğılarına birgə yanaşmasından başlayır", - deyə Zeynəb Əyyubova yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri